
Samsung One UI 3.1 istifadəçi interfeysi keçən həftə təqdim edilmiş Galaxy S21 seriyasının smartfonlarında Android 11 ilə birlikdə istifadəyə veriləcək. Lakin sözügedən interfeysə sahib Android 11 Samsung-un digər smartfon modellərində hələ istifadəyə verilməyib. İnsayderlərin verdikləri məlumata əsasən yaxın zamanda Samsung-un digər smartfonlarının istifadəçiləri də bu interfeysə sahib Android 11-dən istifadə edə biləcəklər. Belə ki, internetdə bu yenilənməni əldə edəcək 15 Samsung smartfonunun siyahısı ortaya çıxıb. Bu barədə 4pda saytı xəbər verib.
İnsayderlər tərəfindən təqdim edilmiş siyahı 2019-cu ildən bugünə kimi satışa çıxmış bir sıra modelləri özündə birləşdirir. Siyahıda qeyd edilmiş smartfonların One UI 3.1 interfeysli Android 11-i nə zaman əldə edəcəkləri barəsində bir məlumat verilməyib. Bununla yanaşı qeyd edilib ki, Galaxy Fold, Galaxy S10, Galaxy S10+, Galaxy S10e, Galaxy Z Flip, Galaxy Z Fold 2 5G və Galaxy Z Flip 5G modelləri hələ One UI 3.0 interfeysini əldə etməyiblər. Gözləntilərə əsasən bu smartfonlarda One UI 3.0 interfeysi gələn ay istifadəyə veriləcək. One UI 3.1-in istifadəyə verilmə müddəti isə daha sonra elan olunacaq.
Şərh yoxdur