
OneUI 6.1 istifadəçi interfeysi Samsung-un keçən ilki flaqman smartfonları üçün istifadəyə verilib
Əməliyyat sistemləri
28.03.2024
Emil
Samsung şirkəti daha öncə də söz verdiyi kimi OneUI 6.1 istifadəçi interfeysini keçən ilki flaqman smartfonları üçün istifadəyə verib. Söhbət, Galaxy S23, S23+, S23 Ultra, qatlana bilən Galaxy Z Fold 5 və Z Flip 5 smartfonlarından gedir. İstifadəçi interfeysi mərhələli şəkildə sözügedən smartfonların müxtəlif regionlardakı istifadəçiləri üçün təqdim edilir. Yaxın zamanda isə o, adları sadalanmış smartfonların bütün regionlardakı istifadəçiləri üçün aktiv olacaq. Bu smartfonlar üçün OneUI 6.1-in həcmi 3 GB təşkil edir və onun sayəsində smartfonlar Galaxy AI süni zəka funksiyalarını əldə edirlər.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
