POCO-nun hansı smartfonları HyperOS-i ilk əldə edəcəklər?
Əməliyyat sistemləri
30.10.2023
Emil Nəcəfov
Keçən həftə Xiaomi şirkəti HyperOS adlı yeni istifadəçi interfeysini təqdim etdi. Təqdimatdan bir gün sonra isə sözügedən yeni istifadəçi interfeysini ilk əldə edəcək Xiaomi brendi cihazlarının siyahısı təqdim edildi. İndi isə HyperOS-i ilk əldə edəcək POCO brendi smartfonların adları açıqlanıb. Beləliklə təqdim edilmiş qeyri-rəsmi məlumata əsasən POCO ilk növbədə iki smartfonunu HyperOS ilə təmin edəcək.
Söhbət, POCO F5 və POCO F5 Pro smartfonlarından gedir. Qeyd etmək lazımdır ki, bu smartfonlar Redmi Note 12 Turbo və Redmi K60 smartfonlarının qlobal versiyalarıdır. Məlumata əsasən POCO brendinin sözügedən smartfonları üçün HyperOS-in şirkət daxili testlərinə artıq start verilib. Yeni istifadəçi interfeysinin bu smartfonlarda 2024-cü ilin əvvəlində istifadəyə veriləcəyi gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi daha 4 smartfonunun dəstəyini rəsmi şəkildə dayandırdı
Xiaomi daha 4 smartfonunun dəstəyini rəsmi şəkildə dayandırdı
Xiaomi şirkəti özünün EOS (End of Support) siyahısına növbəti smartfonları daxil edib.
Xiaomi 14 Ultra Avrasiya regionu üzrə sertifikatlaşdırılıb
Xiaomi 14 Ultra Avrasiya regionu üzrə sertifikatlaşdırılıb
Xiaomi şirkəti dünən Xiaomi 14 və Xiaomi 14 Pro smartfonlarını təqdim etdi.
HyperOS-i yaxın zamanda hansı smartfonlar əldə edəcəklər?
HyperOS-i yaxın zamanda hansı smartfonlar əldə edəcəklər?
Dünən HyperOS istifadəçi interfeysinin təqdim olunmasından sonra Xiaomi şirkəti onu yaxın zamanda əldə edəcək cihazların yol xəritəsini təqdim edib.
Xiaomi qan təzyiqini ölçən yeni smart saatını təqdim edib - QİYMƏTİ
Xiaomi qan təzyiqini ölçən yeni smart saatını təqdim edib - QİYMƏTİ
Xiaomi şirkəti Watch H1 adlı yeni smart saatını təqdim edib. Sözügedən yeni smart saatın əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, onun kəməri hava ilə dolma funksiyasına sahibdir.
Redmi K70 smartfonları yeni növ flaqman ekranları əldə edəcəklər
Redmi K70 smartfonları yeni növ flaqman ekranları əldə edəcəklər
Xiaomi şirkətinin məhsullar üzrə direktoru Wang Teng Thomas bildirib ki, Redmi brendi öz partnyorları ilə birlikdə 1.5K və 2K keyfiyyətli yeni növ mobil ekranların istehsallarına qərar verib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!