main-post-cover

    Samsung Galaxy A seriyasının smartfonları üçün yeni faydalı funksiya istifadəyə veriləcək

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    24.11.2022
    Farid Pardashunas
        Samsung şirkəti Galaxy A seriyasına daxil olan bəzi smartfonlar üçün yeni OneUI 5.0 istifadəçi interfeysini istifadəyə verib. Sözügedən istifadəçi interfeysi smartfonların sistemlərini optimizasiya edir və yeni funksiyalar əlavə edir. İndi isə Samsung Galaxy A seriyasının smartfonlarına əlavə ediləcək yeni funksiyanı anons edib. İstifadəyə veriləcək yeni funksiya OneUI 5.0 interfeysinin daxilində reallaşdırılacaq. Söhbət, telefon danışıqları zamanı səsin ötürülməsi keyfiyyətini yaxşılaşdıran funksiyadan gedir.
        Voice Focus adlı texnologiya nitqin optimizasiyası üçün nəzərdə tutulmuş texnologiyadır. O, audio və video zənglərin dəstəkləndiyi bütün tətbiqlərdə çalışır. Bu cür tətbiqlərə misal olaraq Whatsapp, Telegram, Skype və s. gətirmək olar. Texnologiyanın sahib olduğu alqoritm həmsöhbət olan şəxslərin səslərini təyin edir və fonda olan küyü filtrdən keçirdir. Nəticədə həmsöhbət olan hər iki şəxsin danışıq nitqinin ötürülməsi keyfiyyəti yüksəlir. Yaxın zamanda sözügedən funksiyanı Galaxy A53 5GA73 5G smartfonları əldə edəcəklər. Bir neçə müddət bundan öncə isə bu funksiya həmçinin Galaxy F23 5G, M33 5G M53 5G smartfonlarında aktivləşdirilmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər