
Samsung Galaxy A14 5G üçün Android 14 əsaslı OneUI 6.0-ın stabil verisyası istifadəyə verilib
Əməliyyat sistemləri
27.11.2023
Emil
Samsung şirkəti özünün Galaxy A seriyasının smartfonlarını Android 14-ə kimi yeniləməyə davam edir. Bu dəfə növbə Galaxy A14 5G smartfonuna çatıb. Belə ki, sözügedən smartfon Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysinin stabil versiyasını əldə edib. Məlumatda qeyd edilib ki, stabil OneUI 6.0 istifadəçi interfeysi Galaxy A14 5G üçün A146BXXU2CWK9 nömrəsi altında təqdim edilib və o, tədricən istifadəçilər arasında istifadəyə verilir. Yenilənmənin həcmi isə 1.8 GB təşkil edir.

Paylaş
Ən çox oxunanlar

Samsung qlobal smartfon bazarındakı liderliyini geri qaytarıb
