
Samsung Galaxy A53 üçün Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası istifadəyə verilib
Əməliyyat sistemləri
28.11.2023
Emil
Samsung şirkəti Galaxy A seriyasının smartfonlarını Android 14-ə kimi yeniləməyə davam edir. Bu dəfə şirkət Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysinin stabil versiyasını Galaxy A53 smartfonu üçün istifadəyə verib. Məlumata əsasən OneUI 6.0-ın stabil versiyası sözügedən smartfon üçün A536BXXU7DWK6 nömrəsi altında istifadəyə verilib və onun həcmi 2.3 GB təşkil edir. Sistem yenilənməsini Galaxy A53 smartfonunun Böyük Britaniyadakı istifadəçiləri artıq əldə etməyə başlayıblar. Yaxın günlərdə isə yenilənmə bu smartfonun digər ölkələrdəki istifadəçiləri üçün təqdim ediləcək.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
