
Samsung Galaxy A53 üçün OneUI 6-nın beta versiyası istifadəyə verilib
Əməliyyat sistemləri
28.09.2023
Emil
Samsung şirkəti Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysinin test proqramını genişləndirib. Belə ki, şirkət öz yeni istifadəçi interfeysinin beta versiyasını Galaxy A53 smartfonu üçün işə salıb. Sözügedən smartfon üçün nəzərdə tutulmuş OneUI 6.0 betası ilk növbədə Hindistandakı istifadəçilər üçün təqdim edilib. Lakin yaxın zamanda yeni istifadəçi interfeysinin beta versiyası Galaxy A53-ün digər ölkələrdəki istifadəçiləri üçün də aktivləşdiriləcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
