
Samsung Galaxy M42 5G üçün OneUI-nin yeni versiyası istifadəyə verilib
Əməliyyat sistemləri
03.03.2023
Emil
Samsung fevral ayının sonunda özünün yeni OneUI 5.1 istifadəçi interfeysini Galaxy M53 5G smartfonu üçün istifadəyə verdi. İndi isə şirkət Galaxy M seriyasına daxil olan daha bir smartfonu üçün yeni istifadəçi interfeysini təqdim edib. Söhbət, Galaxy M42 5G smartfonundan gedir. Məlumata əsasən proqram təminatı yenilənməsini sözügedən smartfonun ilk növbədə Hindistandakı istifadəçiləri əldə etməyə başlayıblar. Lakin yaxın zamanda OneUI 5.1 Galaxy M42 5G-nin digər ölkələrdəki istifadəçiləri üçün də aktivləşəcək. Qeyd etmək lazımdır ki, OneUI 5.1 ilə yanaşı Galaxy M42 5G həmçinin Google şirkətinin fevral ayı üçün olan təhlükəsizlik yenilənməsini də əldə edib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
