Logo
    main-post-cover

    Samsung Galaxy M52 5G üçün Android 13-ü istifadəyə verib

    Əməliyyat sistemləri
    15.11.2022
    Emil
        Samsung öz smartfonları üçün Android 13-ü istifadəyə verməkdə davam edir. Məlum olub ki, şirkət indi də Galaxy M52 5G smartfonu üçün Android 13-ün stabil versiyasını istifadəyə verib. Məlumatda qeyd edilib ki, sözügedən smartfon modeli üçün Android 13 bu ayın təhlükəsizlik yenilənməsi ilə birlikdə təqdim edilib. Galaxy M52 5G Android 13 ilə yanaşı həmçinin yeni OneUI 5.0 istifadəçi interfeysini də əldə edib. Galaxy M52 5G-nin Avropa ölkələrindən olan istifadəçiləri artıq Android 13 yenilənməsini əldə etməyə başlayıblar. Əgər siz sözügedən smartfona sahibsinizsə, onun ayarlar bölməsində Android 13 yenilənməsinin aktiv olub-olmadığını yoxlaya bilərsiniz. Yenilənmənin aktiv olmadığı halda bir qədər gözləmək lazım gələcək.
    Paylaş
    Bənzər xəbərlər