Samsung Galaxy S20 FE üçün sistem yenilənməsi istifadəyə verilib
Əməliyyat sistemləri
16.10.2023
Emil Nəcəfov
Samsung şirkəti Galaxy S20 FE smartfonu üçün sistem yenilənməsini istifadəyə verib. Məlumata əsasən sözügedən smartfon üçün sistem yenilənməsi bəzi regionlarda G781BXXS8HWI3 nömrəsi altında, bəzi regionlarda isə G780GXXS7EWI3 nömrəsi altında təqdim edilib. Sistem yenilənməsini Galaxy S20 FE-nin bəzi Avropa ölkələrinin istifadəçiləri artıq yükləyə bilərlər. Lakin yaxın zamanda o, bütün Galaxy S20 FE istifadəçiləri üçün aktiv olacaq. Qeyd etmək lazımdır ki, sistem yenilənməsi həmçinin özündə Google şirkətinin bu ay üçün nəzərdə tutulmuş təhlükəsizlik yenilənməsini də birləşdirir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy A52s üçün Android 14 əsaslı OneUI 6.0-ın beta versiyası istifadəyə verilib
Samsung Galaxy A52s üçün Android 14 əsaslı OneUI 6.0-ın beta versiyası istifadəyə verilib
Samsung öz smartfonlarında Android 14-ün test proqramını genişləndirməyə davam edir.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!