
Samsung Galaxy S21 smartfonları üçün OneUI 6.0-ın 4-cü beta versiyası istifadəyə verilib
Əməliyyat sistemləri
17.11.2023
Emil Noisy
Samsung şirkəti Galaxy S21 smartfonlarında Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysini test etməyə davam edir. İndi isə məlum olub ki, şirkət Galaxy S21 smartfonları üçün sözügedən istifadəçi interfeysinin 4-cü beta versiyasını istifadəyə verib. Galaxy S21 smartfonlarının Cənubi Koreyadakı istifadəçiləri beta versiyanı artıq əldə etməyə başlayıblar. Yaxın günlərdə beta versiya həmçinin digər ölkələrin istifadəçiləri üçün də təqdim ediləcək.

Linki kopyala
Həftənin xəbərləri

