
Samsung Galaxy Z Flip 3 üçün Android 14 əsaslı OneUI 6.0 betası istifadəyə verilib
Əməliyyat sistemləri
20.10.2023
Emil
Galaxy Z Fold 3 ilə yanaşı Samsung həmçinin qatlana bilən qapaqlı Galaxy Z Flip 3-də də Android 14-ün testinə start verib. Belə ki, şirkət sözügedən smartfon üçün Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysinin beta versiyasını istifadəyə verib. Galaxy Z Fold 3-də olduğu kimi Galaxy Z Flip 3-də də beta versiya ilk növbədə Cənubi Koreyadakı istifadəçilər üçün təqdim olunub. Lakin yaxın günlərdə Galaxy Z Flip 3-ün digər ölkələrdəki istifadəçiləri də OneUI 6.0-ın beta versiyasını əldə edəcəklər.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
