Logo
    main-post-cover

    Samsung Galaxy Z Flip 5 üçün Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası istifadəyə verilib

         Samsung şirkəti Galaxy S23 FE ilə yanaşı qatlana bilən qapaqlı Galaxy Z Flip 5 üçün də Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysinin stabil versiyasını istifadəyə verib. İstifadəçi interfeysinin stabil versiyası F731USQU1BWK9 nömrəsi ilə istifadəyə verilib və onun həcmi 3 GB təşkil edir. Galaxy Z Flip 5-in ABŞ-dakı istifadəçiləri istifadəçi interfeysinin stabil versiyasını artıq əldə etməyə başlayıblar. Yaxın zamanda smartfonun digər regionlardakı istifadəçiləri üçün də stabil versiya təqdim olunacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Samsung Galaxy Z Flip 5 üçün Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası istifadəyə verilib | Technote