Logo
    main-post-cover

    Samsung Galaxy Z Fold 5 üçün Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası istifadəyə verilib

         Samsung şirkəti öz smartfonlarını Android 14 ilə təmin etməyə davam edir. Şirkət artıq qatlana bilən qapaqlı Galaxy Z Flip 5 üçün Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysinin stabil versiyasını istifadəyə verib. İndi isə məlum olub ki, istifadəçi interfeysinin stabil versiyası həmçinin qatlana bilən Galaxy Z Fold 5 smartfonu üçün də istifadəyə verilib. Məlumata əsasən istifadəçi interfeysinin stabil versiyası ilk növbədə Galaxy Z Fold 5-in ABŞ-dakı istifadəçiləri üçün istifadəyə verilib. Lakin yaxın zamanda onun sözügedən smartfonun digər regionlardakı istifadəçiləri üçün də təqdim ediləcəyi gözlənilir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Samsung Galaxy Z Fold 5 üçün Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası istifadəyə verilib | Technote