
Samsung OneUI 6.1 istifadəçi interfeysini Galaxy Tab S9 planşetləri üçün istifadəyə verib
Əməliyyat sistemləri
29.03.2024
Emil
Dünən məlum oldu ki, Samsung OneUI 6.1 istifadəçi interfeysini keçən ilki flaqman smartfonları üçün istifadəyə verməyə başlayıb. Söhbət, Galaxy S23, S23+, S23 Ultra, Galaxy Z Fold 5 və Z Flip 5 smartfonlarından gedir. Adları sadalanmış smartfonlar OneUI 6.1 vasitəsilə Galaxy AI süni zəka funksiyalarını əldə ediblər. İndi isə məlum olub ki, Samsung OneUI 6.1-i həmçinin Galaxy Tab S9 planşet seriyası üçün də istifadəyə verməyə başlayıb. Söhbət, Galaxy Tab S9, S9+ və S9 Ultra planşetlərindən gedir. Sistem yenilənməsi bu planşetlər üçün mərhələli şəkildə istifadəyə verilir və yaxın zamanda bütün istifadəçilər üçün aktiv olacaq. Samsung-un keçən ilki smartfonları kimi Galaxy Tab S9 planşetləri də OneUI 6.1 vasitəsilə Galaxy AI süni zəka funksiyalarını əldə ediblər.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
