Reklam
Samsung öz smartfonlarının Android dəstəklərini uzatdı: Smartfonlar neçə il ərzində dəstəklənəcəklər?

Samsung öz smartfonlarının Android dəstəklərini uzatdı: Smartfonlar neçə il ərzində dəstəklənəcəklər?

Əməliyyat sistemləri
06.08.2020 PAYLAŞIM

    Samsung şirkəti öz smartfonlarının uzunmüddətli dəstəklənməsi mövzusunda seçilmirdi. Lakin görünür, yaxın zamanda bu məsələdə dəyişiklik olacaq. Bu barədə Gizmochina saytı xəbər verib. Dünənki Galaxy Note 20 təqdimatı zamanı Samsung şirkətinin təmsilçisi bildirdi ki, bundan sonra şirkət öz smartfonlarını 3 il ərzində dəstəkləyəcək.

    Burda söhbət, 3 nəsil Android versiyasından gedir. Qeyd etmək lazımdır ki, daha əvvəllər şirkət 2 il ərzində əməliyyat sistemini yeniləyirdi və əlavə 1 il ərzində təhüləsizlik yenilənmələrini təqdim edirdi. Yeni strategiya isə Galaxy S10 seriyasından başayaraq qüvvəyə minir. Beləliklə Galaxy S10 seriyasından başlayaraq Samsung şirkəti öz smartfonlarını 3 il ərzində əməliyyat sistemi yenilənməsi ilə təmin edəcək.


    Qeyd etmək lazımdır ki, Galaxy S10 seriyası satışa çıxan zaman Android 9 vasitəsilə çalışırdı və sonradan Android 10-a kimi yeniləndi. Yeni strategiyaya əsasən Galaxy S10 seriyası həmçinin Android 11-i əldə edəcək və potensial olaraq Android 12-ni də əldə edə bilər. Dünən təqdim olunmuş smartfonların hamısı isə Android 13-ə kimi yenilənəcəklər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Microsoft Windows 8-in təkmilləşdirilmiş versiyasının dəstəyini dayandırmağa haz..

Microsoft şirkəti Windows 8.1 istifadəçilərinə sözügedən əməliyyat sisteminin dəstəyinin 10 yanvar 2..


Windows 11-də yeni təhlükəsizlik funksiyası istifadəyə veriləcək

Windows 11-in test versiyasında konfidensiallığın əlavə təhlükəsizliyini təmin etmək üçün yeni funks..


Microsoft Windows, macOS, iOS və Android üçün Defender-in istehlakçı versiyasını..

Microsoft şirkəti Windows, macOS, iOS və Android əməliyyat sistemləri üçün Defender antivirus tətbiq..


Daha bir dövrün sonu: Microsoft rəsmi şəkildə Internet Explorer-in dəstəyini tam..

İstifadəyə verildiyi vaxtdan demək olar 25 il sonra Microsoft şirkəti Internet Explorer brauzerinin ..


iOS 16-da iPhone-lar üçün gizli funksiya aşkar edilib

iOS 16 əməliyyat sisteminin beta versiyası artıq tərtibatçılar üçün aktivdir.


Microsoft HDD yaddaş dəstəkli yeni kompüterlərin qutudan Windows 11-ə sahib olma..

Trendfocus şirkətinin analitiklərinin verdikləri məlumata əsasən Microsoft şirkəti OEM (Original Equ..

×