Windows 10 20H2 yenilənməsinin diqqət çəkən yenilikləri nələr olacaq?

Windows 10 20H2 yenilənməsinin diqqət çəkən yenilikləri nələr olacaq?

Əməliyyat sistemləri
27.06.2020 PAYLAŞIM

        Microsoft şirkəti keçən May ayının sonlarında Windows 10 20H1 versiyasını yayımladı. Lakin deyə bilərik ki, heç də müsbət geri dönüşlər əldə edilmədi. Bir çox problemlərlə üzləşən istifadəçilər Microsoft Support Center (Microsoft Dəstək Mərkəzi)-ə şikayətlər bildirdi. Nəhəng şirkət bir yandan bu problemləri düzəltməyə çalışarkən bir yandan da növbəti Windows 10 versiyası olan 20H2 üzərində işləyir.

Windows 10 20H2 versiyası Microsoft-a görə çox ciddi optimizasiyaları əhatə edəcək.

        Hal-hazırda yeni 20H2 yenilənməsi Insider (Beta) istifadəçilər üçün istifadəyə verilib. Lakin göründüyü kimi hələki Beta versiyadır və tam stabil işləmir. Microsoft rəsmilərinin dediklərinə görə 20H2 ilə artıq kompüterlər daha da performanslı işləyəcəklər. Həmçinin Chromium bazasında hazırlanan yeni Edge brauzeri də 20H2 ilə birliktə Windows 10-un əsas brauzeri olacaq. 


        Bir digər məsələ isə adlandırmadır. Artıq Microsoft, Windows 10-un versiya nömrələrini 20XX (Məsələn 20H1 yenilənməsinin versiya nömrəsi 2004 idi) olaraq adlandırmayacaq. Bunun əsas səbəbi istifadəçilərin ağlını qarışdırmaq istəməmələridir. Növbəti aylarda 20H2-nin digər yenilikləri də istifadəçilər ilə bölüşüləcək. Qeyd edək ki, Microsoft tərkibindəki kiçik bir komanda da artıq 21H1, yəni gələn ilin ilk Windows 10 versiyası üzərində işləməyə başlayıb. Ümid edirik ki, Microsoft bu səfərki səhvlərindən dərs çıxarar və Windows 10-u daha problemsiz bir əməliyyat sisteminə çevirər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi göz yorğunluğunu azaltmaq üçün MIUI 12-ə yeni funksiya əlavə edəcək..

Xiaomi şirkətinin MIUI 12 interfeysinə göz yorğunluğunu azaltmaq üçün yeni bir funksiya əlavə edəcəy..


iOS 14 ilə birliktə şəkillərə başlıq yazmaq mümkün olacaq

iOS 14 ilə birliktə istifadəçilər uzun zamandır istədikləri bir funksiya istifadəyə veriləcək...


Hansı iPhone modelləri iOS 14-ü əldə edəcəklər?

Dünən keçirilmiş WWDC 2020 tədbirinin əsas diqqəti məhz iOS 14 əməliyyat sisteminə yönləndirilmişdi...


Apple şirkəti iOS 14-ü təqdim etdi: Əsas yeniliklər nələrdir?

Online formatda keçirilmiş WWDC 2020 tədbiri çərçivəsində Apple şirkəti iOS 14 əməliyyat sistemini t..


Məşhur insayder iOS-in adının dəyişəcəyini təsdiqləyib (VİDEO)

Apple şirkəti bugün online formatda WWDC 2020 tədbirini keçirdəcək.


Google şirkətinin AirDrop analoqu təkcə Android smartfonlarda çalışmayacaq..

Android 11 əməliyyat sisteminin əsas yeniliklərindən biri də faylların cihazlar arasında sürətli və ..

×