main-post-cover

    Windows 10-a gəlmiş yeni funksiya Chrome brauzerinin əsas problemini həll edəcək

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    19.06.2020
    Emil Nəcəfov
        Chrome brauzerinin kompüter RAM-nı yüksək səviyyədə istifadə etməsi məsələsi artıq hamıya məlumdur. Google şirkətinin bu problemi aradan qaldırmaq üzrə etdiyi səylərə baxmayaraq bu problem hələ də aktual olaraq qalır. Görünür, bu problemin həllini Microsoft şirkəti tapıb. Belə ki, Microsoft şirkəti bu problemi aradan qaldırmaq üçün Windows 10-a yeni funksiya əlavə edib. Bu barədə Gizmochina saytı xəbər verib. Windows 10 üçün təqdim edilmiş sonuncu böyük sistem yenilənməsinin daxilində olan yeniliklər arasında dinamik yaddaş ilə yenilənmiş çalışma mexanizmi var.
        Söhbət SegmentHeap mexanizmindən gedir. Bu funksiya x86 x64 platformalarda çalışan klassik win32 tətbiqlərində aktivdir. Bundan əvvəl SegmentHeap funksiyasından yalnız müxtəlif platformalar üçün olan universal tətbiqlərin tərtibatçıları istifadə edə bilirdilər. Microsoft şirkəti artıq elan edib ki, Chromium mühərrikinə keçid etmiş Edge brauzerində SegmentHeap funksiyasının istifadəsi sayəsində RAM-a olan yüklənməni 27% aşağı salıb. Məlum olub ki, Chrome tərtibatçıları da bu funksiyadan istifadə etmək niyyətindədirlər.
        Onların sözlərinə əsasən bu mexanizmdən istifadə sayəsində minlərlər MB RAM yaddaşına qənaət etmək mümkün olacaq. Bundan əlavə olaraq qeyd edilib ki, mexanizmin effektivliyi hər bir konkret kompüterdən asılı olacaq. SegmentHeap funksiyasının Chrome brauzerinə nə zaman inteqrasiya ediləcəyi barəsində məlumat verilməyib. Lakin bu, Chrome istifadəçiləri üçün çox əla xəbərdir. Qeyd etmək lazımdır ki, bu funksiyadan yalnız 2004 versiyalı Windows 10 istifadəçiləri yararlana biləcəklər. 
    Linki kopyala