Windows 10-da olan Timeline funksiyasının imkanları məhdudlaşdırılacaq

Windows 10-da olan Timeline funksiyasının imkanları məhdudlaşdırılacaq

Əməliyyat sistemləri
15.04.2021 PAYLAŞIM

    Öz əməliyyat sisteminin təkimlləşdirilməsilə məşğul olan Microsoft şirkəti Windows 10-nun növbəti versiyasında bir sıra faydalı funksiyanı aradan qaldırıb. Belə ki, yaxın zamanda istifadəçilər hələ 3 il bundan öncə istifadəyə verilmiş Timeline funksiyasının bir çox imkanından istifadə edə biləyəcəklər. Qeyd etmək lazımdır ki, Windows 10-la çalışan noutbuk və kompüter sahibləri Timeline funksiyası vasitəsilə istənilən vaxt sistemdəki dəyişiklik xronologiyasını, fayllarla çalışmanı və həmçinin əlavə edilmiş yeni sənədləri izləyə bilirlər. Win+Tab kombinasiyası sayəsində işə düşən Timeline paneli axtarış prosesinə vaxt itirmədən sistemdə olmuş dəyişikliklərin sürətli izlənməsi imkanını verir.


    İstifadəçinin son ay ərzində daxil olduğu saytlar ilə fayllar Timeline tarixçəsində qeydə alınır. Bunu hətta Android iOS-də də etmək mümkün idi. Lakin təəssüflər olsun ki, keçən ilin noyabr ayında Android üçün olan Microsoft Launcher-dən Timeline yığışdırılmışdı. İndi isə sözügedən funksiya həmçinin tərtibatçılar üçün nəzərdə tutulmuş Windows 10 Insider-də də deaktiv edilib. Microsoft bu vəziyyətə fikir bildirib və qeyd edib ki, o, Timeline funksiyasını tamamilə deaktiv etmək niyyətində deyil. Sadəcə olaraq bu funksiyanın imkanları bir qədər məhdudlaşdırılacaq. Bir neçə müddət bundan öncə baxılmış saytlar ilə fayllara yenidən nəzər yetirmək imkanı olduğu kimi qalacaq. Lakin mobil cihazlarla sinxronlaşdırılma mümkün olmayacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İstifadəçilər iOS 15-də artıq ilk sistem xətası ilə qarşılaşıblar

Öz iPhone və iPad modellərinə yeni iOS 15 və iPadOS 15 əməliyyat sistemlərini quraşdırmış istifadəçi..


MIUI 13-ü ilk əldə edəcək smartfonların siyahısı ortaya çıxıb

Bu ilin sonunda Xiaomi-nin yeni MIUI 13 istifadəçi interfeysini təqdim edəcəyi gözlənilir.


Köhnə Android versiyaları daha təhlükəsiz olacaqlar

İstifadəçilərin konfidensial məlumatlarının qorunması üçün Android 11-də xüsusi funksiya istifadəyə ..


Android 12-nin stabil versiyasının çıxışı bir qədər təxirə salınıb

Google şirkəti gözlənilmədən Android 12 əməliyyat sisteminin istifadəyə verilmə müddətində dəyişikli..


Microsoft Windows 11-in istifadəyə verilmə tarixini elan edib

Microsoft rəsmi şəkildə elan edib ki, Windows 11-in işıq üzü görməsinə 1 aydan bir qədər çox vaxt qa..


Microsoft köhnə kompüterlərdə Windows 11-in funksionallığını məhdudlaşdıracaq..

Bir neçə gün bundan öncə Microsoft şirkəti elan etmişdi ki, Windows 11-i hətta köhnə kompüterlərə də..

×