Windows 10-un məşhurluğu istifadəçilər arasında heç gözlənilmədən artıb

Windows 10-un məşhurluğu istifadəçilər arasında heç gözlənilmədən artıb

Əməliyyat sistemləri
02.03.2023 PAYLAŞIM

    Statcounter adlı analitik şirkət heç gözlənilmədən Windows 10 əməliyyat sisteminin məşhurluğunun istifadəçilər arasında artdığını müşahidə edib. Məlumatda qeyd edilib ki, keçən ay Windows 11-dən fərqli olaraq Windows 10-u 4 dəfə daha çox istifadəçi öz cihazlarına quraşdırıb. Mütəxəssislər bu vəziyyəti analiz edərək istifadəçilərin Windows 10-a bəslədikləri böyük marağın səbəbini açıqlayıblar. Məlumata əsasən keçən ay Windows 11-in bazardakı payı 1.01% yüksələrək 19.13%-ə çatıb. Bununla belə WIndows 10-nun bazardakı payı 4.39% yüksəlib.


    Ümumi göstəricilərə gəldikdə isə yanvar ayındakı göstərici ilə müqayisədə fevral ayı üzrə Windows 10 əməliyyat sisteminə sahib kompüterlərin ümumi sayı 73.25% təşkil edib. Yanvar ayında bu göstərici 68.86% idi. Mütəxəssislərin fikirlərinə əsasən bunun səbəbi Microsoft şirkətinin yanvar ayında Windows 7Windows 8.1-in dəstəyini tamamilə dayandırmasındadır. Bu əməliyyat sistemlərinin istifadəçilər arasında məşhurluqlarının necə düşdüklərini qrafikdə görmək olar. Belə ki, Windows 7-nin bazar payı 9.55%-dən 5.39%-ə, Windows 8.1-in bazar payı isə 2.28%-dən 1.15%-ə düşüb. Windows 11-in istifadəçilər arasında ləng şəkildə yayılmasını isə mütəxəssislər onun sistem tələbləri ilə əlaqələndirirlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsayderlər: 'Xiaomi MIOS adlı yeni əməliyyat sistemi üzərində çalışır'..

İnsayderlər Xiaomi smartfonları üçün nəzərdə tutulmuş MIOS adlı yeni əməliyyat sisteminin screenshot..


Windows 11 üçün istifadəyə verilmiş yenilənmə SSD-lərin sürətlərini aşağı salır..

Windows 11 üçün istifadəyə verilən demək olar hər bir yenilənmə sistemin çalışmasında müəyyən proble..


Android 14 əsaslı OneUI 6-nı əldə etməyəcək Samsung smartfonlarının siyahısı təq..

İnsayderlər Samsung şirkətinin öz cihazlarındakı proqram təminatı yenilənməsi üzrə siyasətinə əsasla..


Xiaomi-nin 2020-ci ildə satışa çıxmış bəzi smartfonları MIUI 14-ü əldə edəcəklər..

Xiaomi 2020-ci ildə satışa çıxmış smartfonları üçün yaxın zamanda MIUI 14 istifadəçi interfeysini tə..


Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR) cihazının sahib olacağı əməliyyat..

Son məlumatlara əsasən Apple şirkəti öz ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını bu il..


Redmi Note 10 üçün qlobal bazarda MIUI 14 istifadəyə verilib

Dünən xəbər verildi ki, Redmi Note 10S smartfonu qlobal bazarda MIUI 14 istifadəçi interfeysini əldə..

×