main-post-cover

    Windows 10 və 11-də istifadəçilərin Windows hesablarının hack edilməsi yeni funksiya sayəsində çətinləşib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    13.10.2022
    Farid Pardashunas
        Aktual olan Windows 10 Windows 11 əməliyyat sistemləri üçün təqdim edilmiş yeni təhlükəsizlik yenilənməsi çox köhnə və bir o qədər də effektiv olan hack üsulu vasitəsilə hackerlərin kiberhücumlar reallaşdırmasını qəlizləşdirib. Microsoft tərəfindən təqdim edilmiş təhlükəsizlik yenilənməsindən sonra hackerlər istifadəçilərin kompüterlərindəki Windows hesablarının şifrələrini təyin etməkdə çətinlik yaşayacaqlar. Qeyd etmək lazımdır ki, bu cür kiberhücum üsulu sayəsində hackerlər istifadəçilərin kompüterlərində olan məlumatları əldə edə bilirlər.
        KB5020282 yenilənməsi istifadəçi hesabı ayarlarına brute force adlı kiberhücum növündən qorunma administratorunu əlavə edir. Qeyd etmək lazımdır ki, sözügedən kiberhücum növü çərçivəsində hackerlər istifadəçi hesabını əldə etmək üçün müxtəlif növ giriş şifrələrini yoxlayırlar. Microsoft tərəfindən təqdim edilmiş yenilənmə vasitəsilə isə istifadəçilər əməliyyat sisteminin bu cür kiberhücum növünə qarşı cavab tədbirlərini ayarlaya bilərlər. Beləliklə istifadəçilər üçün bu halda 4 bənd aktivdir:
    - Şifrənin sıfırlanmasına qədər düzgün şifrənin daxil edilmə cəhdlərinin sayı
    - Daxil olma imkanının bloklanmasına qədər düzgün şifrənin daxil edilmə cəhdlərinin sayı
    - Administratorun bütün hesablarının bloklanması
    - Blokda qalma müddəti.
        Microsoft şirkəti bu halda hər bir bənddə maksimal göstəriciləri seçməyi məsləhət görür. Bu halda istifadəçi hesabı 10 dəqiqə ərzində düzgün şifrənin daxil edilməsi üzrə 10 cəhddən sonra 10 dəqiqə müddətinə bloklanacaq. Windows 11-in yeni versiyalarında bu yeni funksiya standart şəkildə aktiv olacaq. Lakin Windows 10 istifadəçiləri onu fərdi şəkildə aktivləşdirməli olacaqlar. Bunun üçün əməliyyat sistemində növbəti keçidləri reallaşdırmaq lazım gələcək. Local Computer Policy > Computer Configuration > Windows Settings > Security Settings > Account Policies > Account Lockout Policies.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər