main-post-cover

    Windows 11-də 30 yaşı olan funksiya aşkar edilib (VİDEO)

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    22.06.2023
    Farid Pardashunas
        Windows 11-in aktual versiyası daha öncəki Windows versiyalarının sahib olduqları bir çox funksiyalardan məhrum oldu. Lakin məlum olub ki, funksiyalardan biri istifadəyə verildiyi andan 30 il keçməsinə baxmayaraq Windows 11-də dəyişilməz olaraq qalıb. Söhbət, kompüterin yenidən işə salınması üçün nəzərdə tutulmuş Emergency Restart funksiyasından gedir. Sözügedən funksiya standart olaraq istifadəçidən gizlidir. Lakin o, əməliyyat sisteminin donduğu zaman istifadəçinin köməyinə gələ bilər.
        İlk dəfə olaraq Windows NT 3.1 adlı əməliyyat sistemində istifadəyə verilmiş Emergency Restart funksiyası kompüterin adi üsul ilə yenidən işə salınması prosesindən fərqlənir. Belə ki, sözügedən funksiya tətbiqləri bağlamağa və ya onların öz iş proseslərini yekunlaşdırmağı gözləməyə cəhd etmir. Emergency Restart funksiyasının istifadəsi zamanı əməliyyat sistemi kompüterdəki bütün prosesləri ani olaraq yekunlaşdırır və daha sonra kompüteri yenidən işə salır. Sözügedən funksiyadan istifadə etmək üçün istifadəçi Ctrl + Alt + Delete düymə kombinasiyasını yerinə yetirməli və açılacaq menyunun aşağı sağ hissəsindəki güc düyməsinə klikləməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər