main-post-cover

    Windows 11-də tətbiqlərin işlərini sürətli şəkildə Taskbar paneli vasitəsilə yekunlaşdırmaq mümkün olacaq

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    21.02.2023
    Farid Pardashunas
        Microsoft tərtibatçıları Windows 11 əməliyyat sistemini təkmilləşdirməyə davam edirlər. Bu dəfə onlar əməliyyat sistemində reallaşan proseslərin birbaşa Taskbar paneli vasitəsilə sürətli şəkildə yekunlaşdırılması imkanını reallaşdırıblar. Sözügedən imkan ilk dəfə Windows 11-in 25300 nömrəli versiyasında ortaya çıxıb. Taskbar panelində olan hər hansısa tətbiqə mouse-un sağ düyməsi vasitəsilə klikləyən zaman ortaya çıxan kiçik ölçülü pəncərəyə kliklənmiş tətbiqin iş prosesinin yekunlaşdırılmasına imkan verən bənd əlavə edilib.
        Söhbət, “End task” bəndindən gedir. Əməliyyat sisteminin stabil versiyalarında eyni əməliyyatı Task Manager vasitəsilə reallaşdırmaq mümkündür. Mövcud proseslərin Taskbar paneli üzərindən yekunlaşdırılması imkanının reallaşdırılması öz növbəsində əməliyyat sistemi ilə qarşılıqlı əlaqə prosesini daha rahat edəcək. Lakin bu özəlliyin Windows 11-in stabil versiyasına nə zaman əlavə ediləcəyi bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər