main-post-cover

    Windows 11-də vidjetlər vasitəsilə kompüter sistemini monitorinq etmək mümkün olacaq

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    31.05.2023
    Farid Pardashunas
        Microsoft Dev Home tətbiqinin ilkin versiyasında kompüterin mərkəzi prosessorunun, RAM-nın və videokartının istifadə etdiyi sistem resurslarının monitorinqini reallaşdırmağa imkan verən vidjetlər istifadəyə verilib. İstifadəyə verilmiş vidjetlər həmçinin qrafik prosessorun temperaturunu və kompüterin qoşulu olduğu Wi-Fi şəbəkəsinin sürətini də əks etdirirlər. Bu vidjetlər sayəsində istifadəçi rahatlıqla öz kompüterinin sistemini monitorinq edə biləcək. Lakin məlumatda qeyd edilib ki, kompüter sisteminin monitorinqini reallaşdırmağa imkan verən vidjetlər hələ ki, stabil şəkildə çalışmırlar. Belə ki, vidjetlər tərəfindən təqdim edilmiş məlumatolarda bəzən səhvlər ortaya çıxır. Çox güman ki, bu, vidjetlərin Microsoft Dev Home tətbiqinin ilkin versiyasına inteqrasiya edildikləri üçündür. Qeyd etmək lazımdır ki, sözügedən tətbiqi Microsoft Store-dan yükləmək olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər