Reklam
Windows 11-ə kimi yenilənmə imkanı artıq qlobal şəkildə istifadəyə verilib

Windows 11-ə kimi yenilənmə imkanı artıq qlobal şəkildə istifadəyə verilib

Əməliyyat sistemləri
20.05.2022 PAYLAŞIM

    Microsoft şirkəti Windows 11 yenilənməsinin qlobal şəkildə işə salındığını elan edib. Beləliklə bütün Windows 10 istifadəçiləri məlumatların itirilməsi halını yaşamadan və faylların ehtiyat versiyalarını yaratmadan öz cihazlarını Windows 11-ə kimi yeniləyə bilərlər. Təbii ki, onların kompüterləri Windows 11-in sistem tələblərini dəstəkləməlidirlər. Windows 11 yenilənməsinin qlobal şəkildə istifadəyə verilməsi dedikdə əməliyyat sisteminin yenilənmələr mərkəzi üzərindən yenilənməsi nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, sözügedən imkan daha öncə bütün Windows istifadəçiləri üçün aktiv deyildi.


    İstifadəçilər öz növbələrində kompüterlərinin yeni əməliyyat sistemini dəstəkləyib-dəstəkləmədiklərini PC Health Check adlı pulsuz tətbiq vasitəsilə yoxlaya bilərlər. Windows 10-nun Windows 11-ə kimi yenilənmə prosesi barəsində təfərrüatları isə Microsoft tərəfindən təqdim edilmiş videodan tanış olmaq olar. Microsoft-un verdiyi məlumata əsasən son 6 ay ərzində Windows 11-dən istifadə edən gamerlərin sayı 2 dəfə artaraq Steam-in aktiv istifadəçi kütləsinin 20%-ni təşkil edib. Qeyd etmək lazımdır ki, yenilənmiş istifadəçi interfeysi ilə yanaşı Windows 11 həmçinin Android tətbiqlərin işə salınması imkanını, genişləndirilmiş Taskbar funksiyalarını və yenilənmələrin əldə olunması üzrə optimizasiya edilmiş sistemi əldə edib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Microsoft Windows 8-in təkmilləşdirilmiş versiyasının dəstəyini dayandırmağa haz..

Microsoft şirkəti Windows 8.1 istifadəçilərinə sözügedən əməliyyat sisteminin dəstəyinin 10 yanvar 2..


Windows 11-də yeni təhlükəsizlik funksiyası istifadəyə veriləcək

Windows 11-in test versiyasında konfidensiallığın əlavə təhlükəsizliyini təmin etmək üçün yeni funks..


Microsoft Windows, macOS, iOS və Android üçün Defender-in istehlakçı versiyasını..

Microsoft şirkəti Windows, macOS, iOS və Android əməliyyat sistemləri üçün Defender antivirus tətbiq..


Daha bir dövrün sonu: Microsoft rəsmi şəkildə Internet Explorer-in dəstəyini tam..

İstifadəyə verildiyi vaxtdan demək olar 25 il sonra Microsoft şirkəti Internet Explorer brauzerinin ..


iOS 16-da iPhone-lar üçün gizli funksiya aşkar edilib

iOS 16 əməliyyat sisteminin beta versiyası artıq tərtibatçılar üçün aktivdir.


Microsoft HDD yaddaş dəstəkli yeni kompüterlərin qutudan Windows 11-ə sahib olma..

Trendfocus şirkətinin analitiklərinin verdikləri məlumata əsasən Microsoft şirkəti OEM (Original Equ..

×