main-post-cover

    Windows 11-ə Taskbar-ı əhatə edəcək 2 yeni funksiya əlavə ediləcək

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    20.04.2023
    Farid Pardashunas
        Windows 11 Insider Preview-da əməliyyat sisteminin Taskbar hissəsini əhatə edən iki yeni funksiya ortaya çıxıb. Daha öncə Microsoft bu iki funksiyanı aradan qaldırmışdı. Lakin istifadəçilərin xahişlərini nəzərə alaraq funksiyalar əməliyyat sisteminə geri qaytarılıb. Söhbət, Windows 11-in Taskbar bölməsində tətbiqlərin qruplaşmalarını əhatə edən funksiyalardan gedir. Birinci funksiya Taskbar-da tətbiqlərin təkcə ikonlarının deyil, adlarının da əks olunmalarını mümkün edir.
        Bu öz növbəsində istifadəçiyə aşağı hissəyə sürüşdürülmüş tətbiqlərin kiçik ölçülü ikonlarını səhv salmayaraq onların arasında istiqamətlənmək imkanını verəcək. İkinci funksiya isə birinci funksiya ilə bağlıdır. Belə ki, ikinci funksiya aşağı paneldə tətbiq sayının çox olduğu halda da onların adlarını gizlətməyə imkan verməyəcək. Taskbar-ı əhatə edən bu yeni funksiyaların stabil Windows 11-ə nə zaman əlavə ediləcəkləri bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər