Windows 11-in əməliyyat sistemləri bazarındakı payı aşağı düşüb
Əməliyyat sistemləri
05.06.2023
Emil Nəcəfov
Statcounter adlı analitik şirkət geridə qalmış ay üzrə Windows versiyalarının istifadəçilər arasında məşhurluq statistikasını yeniləyib. Yenilənmiş statistikada elə də ciddi dəyişiklik yoxdur. Lakin Microsoft üçün bu heç də yaxşı bir xəbər deyil. Belə ki, Windows 11 əməliyyat sistemləri bazarında öz payını genişləndirmək əvəzinə daha da azaldır. Beləliklə yenilənmiş statistikaya əsasən əməliyyat sistemləri bazarında Windows üzrə birinci yeri Windows 10 tutub.
Sözügedən əməliyyat sistemi bazarın 71.9% payına sahibdir. Ən maraqlı statistik göstərici Windows 11-dədir. Aprel ayında Windows 11-in bazardakı payı 23.11% təşkil etmişdi. Yenilənmiş statistikaya əsasən isə onun bazardakı payı may ayında 22.95%-ə düşüb. Analitiklərin fikirlərinə əsasən bu, əməliyyat sisteminin yüksək sistem tələblərinə sahib olması ilə bağlıdır. Nəticədə əməliyyat sistemi məhdud sayda prosessoru dəstəkləyir. Yenilənmiş statistikaya əsasən isə daha köhnə Windows versiyalarının bazardakı payları üzrə sıralanma belədir. Windows 7 (3.61%), Windows 8.1 (0.72%), Windows 8 (0.37%) və Windows XP (0.32%).
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!