main-post-cover

    Windows 11-in istifadəçilər arasında yayılması ləng şəkildə gedir

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    05.04.2023
    Farid Pardashunas
        Statcounter adlı analitik şirkət müxtəlif Windows versiyalarının məşhurluqlarını əhatə edən yeni statistikanı təqdim edib. Təqdim edilmiş statistika son 12 aya əsaslanıb. Beləliklə statistikaya əsasən Windows 10 əməliyyat sistemi Windows versiyaları arasında ən məşhur əməliyyat sistemi olaraq qalır. O, bazarın 73.48%-ni əhatə edir. İkinci yerdə Windows 11 qərarlaşıb. O, bazarın 20.94%-ni əhatə edir.
        Statistikanın qrafikinə əsasən Windows 11-in bazardakı payı tədricən artır. Lakin bu, ləng şəkildə baş verir. Windows 7 əksinə olaraq öz mövqelərini itirməkdə davam edir. Qeyd etmək lazımdır ki, keçən ilin dekabr ayında Windows 7-nin bazardakı payı 11.2% təşkil etmişdi. İndi isə bu göstərici 3.73% təşkil edir. Sözügedən əməliyyat sisteminin bazardakı payının bu qədər aşağı düşməsinin əsas səbəbi böyük ehtimal ilə Microsoft-un onun dəstəyini dayandırmasındadır. Windows-un digər versiyaları isə bazarın 1%-nin 1/10 hissəsini tuturlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər