Windows 11 köhnə Windows versiyaları üçün pulsuz yenilənmə kimi təqdim oluna bilər

Windows 11 köhnə Windows versiyaları üçün pulsuz yenilənmə kimi təqdim oluna bilər

Əməliyyat sistemləri
18.06.2021 PAYLAŞIM

    Windows 11 barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edir. Ortaya çıxmış yeni məlumatda Windows 11-in yayılma modeli qeyd edilib. Belə ki, yeni əməliyyat sistemin kodunda mütəxəssislər Microsoft şirkətinin Windows 7Windows 8.1 vasitəsilə çalışan kompüterlərdə Windows 11-in quraşdırılması planları barəsində məlumatlar aşkar ediblər. XDA-Developers saytının insayderlərinin sözlərinə əsasən Windows 7 ilə Windows 8.1-in lisenziyalı versiyalarına sahib istifadəçiləri xoş sürpriz gözləyə bilər. Belə ki, həmin istifadəçilər Windows 11-i pulsuz şəkildə əldə edə bilərlər. Mütəxəssislər yeni əməliyyat sisteminin kodunda köhnə Windows versiyalarının dəstəklənməsi üçün nəzərdə tutulmuş konfiqurasiya açarlarını aşkar ediblər.


    Bu isə o deməkdir ki, Windows 7 və Windows 8.1-in lisenziyalı versiyalarına sahib istifadəçilər çox güman ki, Windows 11-i pulsuz əldə edə biləcəklər. Məlumatda həmçinin Windows 8-in də adı hallanır. Lakin bu halda sözügedən əməliyyat sisteminin istifadəçiləri öz kompüterlərinə ilk öncə Windows 8.1-i quraşdırmalı olacaqlar. Microsoft-un rəsmi statistikasına əsasən hal hazırda 1.3 milyarddan çox cihaz Windows 11 vasitəsilə çalışır. Şirkətin əsas planı bu cihazların istifadəçilərini maneəsiz və komfortlu şəkildə yeni əməliyyat sisteminə keçirtməkdir. Qeyd etmək lazımdır ki, Windows 11-in təqdimatı 24 iyun tarixində baş tutacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Uzun müddət ərzində aktiv olmayan tətbiqlər və tərtibatçıların hesabları Google ..

Google şirkəti Google Play platformasının çalışma siyasətində dəyişikliklərin olduğunu elan edib...


Google iOS-dən Android-ə rahat keçid üçün xüsusi tətbiq üzərində çalışır..

İnsayderlərin verdikləri məlumata əsasən Google şirkəti iOS istifadəçilərinin Android-ə maksimal dər..


Microsoft bulud servisdə işə düşən Windows 365 adlı əməliyyat sistemini təqdim e..

Microsoft-un yeni servisi desktop əməliyyat sistemini bulud servisdə istifadə etmək imkanını verir...


Windows 11 yenilənmələri arasındakı zaman intervalı daha böyük olacaq

Microsoft şirkəti Windows 11 barəsində məlumatlar təqdim etməyə davam edir.


Google yaxın zamanda Android Jelly Bean-in dəstəyini dayandıracağını elan edib..

İstifadəyə verilməsindən 9 il sonra Google şirkəti Android Jelly Bean əməliyyat sisteminin dəstəyini..


Windows 7 istifadəçiləri Windows 11-i daha qəliz üsul ilə əldə edəcəklər..

Microsoft şirkəti Windows 11 əməliyyat sisteminin kompüterlərə quraşdırılması barədə məlumatlar verm..

×