main-post-cover

    Windows 11 üçün istifadəyə veriləcək yeni funksiyalar məlum olub

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    08.11.2022
    Farid Pardashunas
        Windows 11-in test versiyalarında bəzi faydalı funksiyalar aşkar edilib. Aşkar edilmiş yeni funksiyalar əməliyyat sistemi mövzusunda istifadəçi təcrübəsinin yaxşılaşdırılması üçün nəzərdə tutulub. Əsas yeniliklər kompüter kamerası, vidjetlər paneli və kompüterin enerji sərfiyyatını əhatə edirlər. Beləliklə Windows 11-in 22623.885 nömrəli test versiyasında reallaşdırılmış əsas yeniliklərdən biri də veb kamera üçün Windows Studio effektlərinə və süni zəka funksiyalarını özlərində birləşdirən özəlliklərə (arxa fonun avtomatik olaraq bulanıq vəziyyətə salınması və ya dəyişdirilməsi) sürətli keçid menyusudur. Bu funksiya öz növbəsində interfeysin dərinliklərinə getmədən kameranı və audio effektləri ayarlamağa imkan verəcək.
    бета-версия Windows 11
        Əməliyyat sisteminin ayarlarındakı “Power & battery” bölməsinə “Energy recommendations” adlı yeni bənd əlavə edilib. Sözügedən bənd vasitəsilə kompüterin enerji sərfiyyatını cihazdan müxtəlif istifadə ssenariləri üçün müvafiq olan hazır və ya castom hesablar əsasında ayarlamağa imkan verəcək. Digər faydalı dəyişiklik isə vidjetlər panelinin ölçüsünün böyüdülməsidir. “Expand and collapse” düyməsi pəncərənin yuxarı sağ hissəsində “Add Widgets” adlı düymənin yanında yerləşəcək. Bu isə öz növbəsində eyni anda daha çox vidjetə baxmaq imkanını verəcək. İstifadəçi tərəfindən vidjetlər paneli üçün təyin edilmiş ölçü pəncərənin bağlanmasından sonra da qorunub saxlanılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər