main-post-cover

    Windows 11 üçün növbəti yenilənmə təqdim edilib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    21.09.2022
    Farid Pardashunas
        Microsoft şirkəti Windows 11 üçün 22H2 adlı yenilənməni təqdim edib. Yeni əməliyyat sistemi üçün təqdim edilmiş növbəti yenilənmə Windows 11-in həm xarici görünüşünə həm də funksionallığına bəzi dəyişiklikləri gətirib. Sözügedən yenilənmə ilə Start menyusunda qovluqların yaradılması, əməliyyat sisteminin səslə idarəsi və s. imkanlar reallaşdırılıb. Microsoft Windows 11-in Start menyusuna yenilikləri əlavə etməkdə davam edir. Aktual olan bu yenilənmə öz növbəsində Start menyusuna sadə sürüşdürmə prosesi vasitəsilə qovluqların yaradılması imkanını istifadəçilərə təqdim edir. Bu proses iOS Android-in ana səhifəsində qovluqların yaradılmasına bənzəyir.
        Belə ki, Start menyusunda tətbiqlərin qruplaşdırılması üçün müəyyən tətbiqin ikonunu digər tətbiqin ikonu üzərinə sürüşdürmək lazımdır. Bu halda tətbiqlər vahid qovluq daxilində qruplaşacaqlar. Bununla yanaşı bundan sonra bu və ya digər pəncərəni ekranın yuxarı hissəsinə sürüşdürən zaman tətbiqlərin ekranda yerləşmə tərzləri üzrə 4 şablon ortaya çıxacaq. Sürüşdürülmüş pəncərəni ortaya çıxmış şablonlardan birinə yerləşdirən zaman açıq olan bütün digər pəncərələr seçilmiş şablon tərzində qruplaşacaqlar. Əməliyyat sistemində reallaşdırılmş digər yeniiklər arasında yeni ikonlar, animasiyalar, yaxşılaşdırılmış Dark Mode rejimi və əməliyyat sisteminin səslə idarəsi var.
        Bundan sonra istifadəçi daha öncə yalnız klaviatura və mouse ilə edilməsi mümkün olmuş prosesləri səslə idarə vasitəsilə reallaşdıra biləcək. Bu cür proseslərin arasında mouse işarəsinin hərəkət etdirilməsi, copy-paste, tətbiqlərlə qarşılıqlı əlaqə və s. var. Sensor interfeysində də bəzi dəyişikliklər reallaşdırılıb. Belə ki, bundan sonra swype-lar vasitəsilə Start menyusunu işə salmaq və ya tətbiqlər arasında keçidi reallaşdırmaq mümkün olacaq. 22H2 adlı yenilənmə bu il Windows 11 üçün təqdim edilən son yenilənmədir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər