main-post-cover

    Windows 11 üçün yaxın zamanda hansı yeniliklər istifadəyə veriləcək?

    Əməliyyat sistemləri
    Proqram Təminatı
    22.09.2023
    Emil Nəcəfov
        Microsoft şirkəti 26 sentyabr tarixində Windows 11 üçün növbəti böyük yenilənməni istifadəyə verəcək. Sözügedən yenilənmə çərçivəsində əməliyyat sisteminin funksionallığı hansı yeniliklərlə genişləndiriləcək? Beləliklə əsas yeniliklərdən biri Windows Copilot çat-botu olacaq. Bu, Bing çat-botunun daha təkmilləşdirilmiş versiyasıdır və o, əməliyyat sistemində artıq dəstəyi dayandırılmış Cortana səsli köməkçisini əvəz edəcək. Windows Copilot öz növbəsində istifadəçinin suallarına cavab verəcək və kompüterin müəyyən özəlliklərini idarə edə biləcək.
        Məsələn çat-bot kompüterdəki tətbiqləri işə sala, təqvim tətbiqindəki məlumatlardan istifadə edərək mətn formatında mesajlar tərtib edə biləcək. File Explorer tətbiqi yenilənmiş dizaynı, emal edilmiş ünvan sətrini və fotoların sürətli əks olunması rejimini əldə edəcək. Windows 11 çərçivəsində Snipping Tool funksiyasını da yeniliklər gözləyir. Bu funksiya screenshot fotolardakı mətnləri tanıma və kopyalama özəlliyinə sahib olacaq. Bundan əlavə olaraq o, fotolardakı konfidensial məlumatları maskalaya biləcək. Photos tətbiqi isə sonunda fotolarda arxa fonun bulanıq hala gətirilməsi imkanını əldə edəcək.
    Linki kopyala