main-post-cover

    Windows 12-nin aylıq abunəlik vasitəsilə çalışacaq versiyası ola bilər

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    06.10.2023
    Farid Pardashunas
        Alman insayderlər Windows-un test versiyasında növbəti Windows-un aylıq abunəlik vasitəsilə çalışacağına işarə edən məlumatlar aşkar ediblər. İnsayderlər Windows 11 23H2 versiyasını tərtibatçılar üçün nəzərdə tutulmuş Canary adlı versiya ilə müqayisə edən zaman aylıq abunəlik məlumatına təsadüfi şəkildə rast gəliblər.
        Əməliyyat sisteminin Canary adlı versiyasının konfiqurasiyalar ilə bağlı faylında abunəlik növləri və statusları ilə bağlı sətrlər aşkar edilib. Beləliklə Windows 12 aylıq abunəlik vasitəsilə çalışacaq xüsusi versiyanı əldə edə bilər. Abunəlik növlərinə gəldikdə isə cihaz əsasında abunəlik və istifadəçi abunəliyi qeyd edilib. Qeyd etmək lazımdır ki, hal hazırda Windows-dan bu üsul vasitəsilə Microsoft-un korporativ müştəriləri Windows 365 abunəliyi üzərindən istifadə edə bilirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər