main-post-cover

    Windows 12-nin sistem tələbləri barəsində bəzi məlumatlar təqdim edilib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    28.03.2023
    Farid Pardashunas
        Windows 12 əməliyyat sisteminin nə zaman istifadəyə veriləcəyi barəsində danışmaq hələ tezdir. Lakin onun barəsində məlumatlar artıq indidən ortaya çıxmağa başlayıb. Almaniyanın Deskmodder adlı saytı gələcək illərdə istifadəyə veriləcək Windows 12-nin sistem tələbləri barəsində məlumatları təqdim edib. Həmin məlumatlardan belə qənaətə gəlmək olar ki, Windows 11 vasitəsilə çalışan köhnə kompüterlərin istifadəçiləri Windows 12-yə keçid etmək istəyəcəkləri halda öz kompüterlərini dəyişməli və ya yeniləməli olacaqlar. Beləliklə məlumata əsasən Windows 11-dən fərqli olaraq Windows 12-nin RAM yaddaşı tələbi iki dəfə artacaq.
        Yəni sözügedən əməliyyat sistemi kompüterdə 8 GB RAM-ın olmasını tələb edəcək. Bununla yanaşı Windows 12-yə keçid etmək üçün kompüter sistemində TPM 2.0 modulunun (ya hardware ya da software səviyyəsində) olması lazım gələcək. Məlumata əsasən Microsoft eyni tələbləri həmçinin SSD yaddaşlar üçün də təyin edə bilər. Windows 12-nin hansı CPU-lar tərəfindən dəstəklənəcəyi bilinmir. Lakin çox güman ki, Windows 11-i dəstəkləyən CPU-lar həmçinin Windows 12-ni də dəstəkləyəcəklər. Bəzi məlumatlara əsasən Microsoft-un növbəti əməliyyat sistemi əsasən bulud servislərə və müxtəlif süni zəka funksiyalarına əsaslanacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər