Logo
    main-post-cover

    Windows 7-nin faydalı funksiyası Windows 11-ə inteqrasiya ediləcək

        Microsoft şirkəti Windows 7-də olmuş faydalı funksiyanı Windows 11-ə geri qaytarmağı qərara alıb. Söhbət, vidjetlərin iş masasında bərkidilməsi funksiyasından gedir. Hal hazırda Windows 11-də vidjetlər yalnız yan paneldə yerləşirlər. Məlumatda qeyd edilib ki, vidjetlərin iş masasında bərkidilməsi imkanını Windows 11-də reallaşdırmaqla Microsoft istifadəçilərin vidjetlərdən daha çox istifadə etmələrinə nail olmaq istəyir. Bununla yanaşı şirkət keçən il kənar tərtibatçılara da vidjetlərin yaradılması imkanını vermişdi. Buna görə də Windows 11-də reallaşdırılacaq yeni funksiya istifadəçiləri qane etsə, deməli gələcəkdə Windows 11-də daha çox vidjet istifadəyə verilə bilər.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Windows 7-nin faydalı funksiyası Windows 11-ə inteqrasiya ediləcək | Technote