main-post-cover

    Windows 7 və Windows 8,1 üçün son rəsmi yenilənmələr təqdim edilib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    12.01.2023
    Farid Pardashunas
        Microsoft Windows 7Windows 8.1 əməliyyat sistemləri üçün son rəsmi yenilənmələri təqdim etdi. Bununla da şirkət elan etdi ki, o, sözügedən əməliyyat sistemlərinin dəstəklərini dayandırır. Beləliklə bundan sonra Windows 7 və Windows 8.1 üçün şirkət tərəfindən rəsmi yenilənmələr təqdim edilməyəcək. İstifadəyə verilmiş son rəsmi yenilənmələr isə bu əməliyyat sistemlərində olan bəzi sistem səhvlərini aradan qaldırır. Windows 7 üçün olan KB5022338, Windows 8.1 üçün isə olan KB5022352 adlı yenilənmə məlumatlar bazasına qoşulmaq üçün SQL Server Microsoft Open Database Connectivity drayverindən istifadə edən tətbiqləri əhatə edən bilinən problemi aradan qaldırır.
        Bununla yanaşı Windows 8.1-in koduna əməliyyat sisteminin dəstəyinin dayandırılması bildirişini əks etdirən pəncərə də əlavə edilib. Hər iki yenilənmə Windows-un yenilənmələr mərkəzinə daxil edilib və onlar avtomatik olaraq iş düşəcəklər. Bu yenilənmələrdən sonra hər iki əməliyyat sistemi artıq şirkət tərəfindən heç bir yenilənmə ilə təmin olunmayacaq. Buna görə də Windows 7 və Windows 8.1-dən hələ də istifadə edən istifadəçilərin daha yeni Windows versiyalarına keçid etmələri məsləhət görülüb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər