
Xiaomi 12T Pro-da HyperOS-in testinə start verilib
Əməliyyat sistemləri
01.11.2023
Emil
Xiaomi şirkəti keçən həftə HyperOS adlı yeni istifadəçi interfeysini təqdim edəndən sonra onu müxtəlif smartfonlarında test etməyə başladı. İndi isə məlum olub ki, HyperOS-in test edildiyi smartfonlardan biri də Xiaomi 12T Pro-dur. Məlumatda qeyd edilib ki, sözügedən smartfon üçün nəzərdə tutulmuş HyperOS versiyası şirkət daxilində test olunur. Əgər hər şey yolunda getsə, Xiaomi 12T Pro üçün yeni istifadəçi interfeysinin stabil versiyası artıq gələn ilin birinci rübündə istifadəyə veriləcək.
Paylaş