main-post-cover

    Xiaomi HyperOS-i təqdim edib

    Əməliyyat sistemləri
    26.10.2023
    Emil Nəcəfov
         Xiaomi şirkəti Xiaomi 14 smartfon seriyası və Watch S3 smart saatı ilə yanaşı HyperOS adlı yeni istifadəçi interfeysini də təqdim edib. Təqdim edilmiş bu yeni istifadəçi interfeysi ənənəvi MIUI-ni əvəzləmək üçün nəzərdə tutulub. Şirkət yeni istifadəçi iinterfeysində əsas diqqəti optimizasiyaya, müxtəlif cihazlar arasındakı əlaqələrə və süni zəka funksiyalarına ayırıb. HyperOS ilə MIUI arasında müqayisədə yeni istifadəçi interfeysinin əsas fərqləndirici özəlliyi yenidən emal edilmiş idarəetmə mərkəzi hesab edilir. Məhz bu mərkəz vasitəsilə ekosistem daxilindəki bütün cihazlar idarə olunur.
         Bundan əlavə olaraq şirkət müxtəlif ölçü və formaya sahib ekranlar üçün HyperOS-i adaptasiya edib. HyperOS-də üstəlik planşetlər üçün nəzərdə tutulmuş PC rejimi də mövcuddur. Xiaomi-nin sözlərinə əsasən istənilən digər mobil istifadəçi interfeysi ilə müqayisədə HyperOS-in həcmi çox kiçikdir. Məlumata əsasən onun həcmi 8.75 GB təşkil edir. Yeni istifadəçi interfeysinin OTA yenilənmələrinin həcmləri 79% azaldılıb və onlar cihazlara 24% daha sürətlə quraşdırılır. Xiaomi-nin sözlərinə əsasən HyperOS-in 50 ay ərzində istifadəsi halında sistemin performansı yalnız 0.5% aşağı enir.
         Şirkət HyperOS-də xüsusi olaraq süni zəka funksiyalarına diqqət ayırıb. Belə ki, yeni istifadəçi interfeysində mətn formatında təsvirlər əsasında fotoların redaktə edilməs və mətnlərin tərtib edilməsi kimi özəlliklər var. Xiaomi HyperOS-də fərdi təhlükəsizlik sistemini hazırlayıb. Hazırlanmış təhlükəsizlik sistemi konfidensial məlumatları digər məlumatlardan ayrıca emal edir. HyperOS artıq dekabr ayından başlayaraq Çində istifadəyə veriləcək. Digər regionlarda isə onun gələn ilin əvvəlində istifadəyə veriləcəyi nəzərdə tutulub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi Watch S3 smart saatı təqdim olunub - QİYMƏTİ
    xiaomi-watch-s3-smart-saati-teqdim-olunub-qiymeti
    Xiaomi 14 və Xiaomi 14 Pro təqdim olundu - QİYMƏTİ
    xiaomi-14-ve-xiaomi-14-pro-teqdim-olundu-qiymeti
    Təqdimata saatlar qalmış Xiaomi 14 smartfonlarının satış qiymətləri ortaya çıxıb
    teqdimata-saatlar-qalmis-xiaomi-14-smartfonlarinin-satis-qiymetleri-ortaya-cixib
    Büdcəli Redmi 13C smartfonunun real fotoları və bəzi məlumatları ortaya çıxıb
    budceli-redmi-13c-smartfonunun-real-fotolari-ve-bezi-melumatlari-ortaya-cixib
    Dəstəkləri dayandırılmış Xiaomi Mi 10 smartfonları HyperOS-i əldə edəcəklər
    destekleri-dayandirilmis-xiaomi-mi-10-smartfonlari-hyperos-i-elde-edecekler