Xiaomi MIUI 12.5 istifadəçi interfeysini təqdim edib: Yeniliklər nələrdir?

Xiaomi MIUI 12.5 istifadəçi interfeysini təqdim edib: Yeniliklər nələrdir?

Əməliyyat sistemləri
29.12.2020 PAYLAŞIM

    Dünənki tədbirdə Xiaomi şirkəti Mi 11 flaqman smartfonu ilə birlikdə həmçinin MIUI 12.5 istifadəçi interfeysini də təqdim etdi. Təqdim olunmuş yeni istifadəçi interfeysinin əsas özəllikləri arasında interfeysin yüksək dərəcədə hamarlığı, əməliyyat sisteminə istifadəçi tərəfindən yüklənməmiş bütün tətbiqlərin silinməsi və personal kompüterlər ilə genişləndirilmiş sinxronizasiya var. Qeyd etmək lazımdır ki, bu yeni istifadəçi interfeysi MIUI 12 ilə gələn il təqdim olunacaq MIUI 13 arasındakı körpü rolunu oynayır.


    Əvvəlki MIUI versiyalarından fərqli olaraq MIUI 12.5 versiyası çoxnüvəli paralel hesablamaları dəstəkləyir. İndiyənə kimi sistem ilə bağlı bütün işlər prosessorun bir nüvəsi tərəfindən yerinə yetirilirdi. İndi isə bu proses bir neçə nüvə arasında paylanacaq. Bunun nəticəsində yeni istifadəçi interfeysinin performansı və enerji effektivliyi yüksəlib. Bununla yanaşı istehsalçı tərəfindən sistemə yazılmış tətbiqlərin silinməsi məsələsində dəyişiklik edilib. Bundan sonra istifadəçilər 9 əsas tətbiq istisna olmaqla digər bütün tətbiqləri smartfondan silə biləcəklər.

    Əsas tətbiqlər siyahısında isə telefon, mesajlar, ayarlar, saat, Gallery və s. kimi tətbiqlər mövcuddur. MIUI+ adlı yeni servis vasitəsilə istifadəçi öz smartfonunun ekranındakı görüntünü Windows 10 vasitəsilə çalışan kompüterə ötürə bilər. Bu isə öz növbəsində smartfondan əl ilə istifadə etmədən onunla qarşılıqlı əlaqədə olmaq imkanını verir. MIUI 12.5-in beta versiyası gələn ayın ortasında istifadəyə veriləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Windows 10-da Android tətbiqlərin işə salınması funksiyası reallaşdırılacaq..

İnsayderlərin verdikləri məlumata əsasən Microsoft şirkəti yaxın zamanda Windows 10-da Android tətbi..


Huawei şirkəti fərdi proqramlaşdırma dili üzərində çalışır

Huawei özünün software məhsullar portfoliosunu genişləndirməyə hazırlaşır.


Chrome brauzerinin desktop versiyası Android-in faydalı funksiyasını əldə edib..

Anonsdan yarım il keçəndən sonra Chrome brauzerinin desktop versiyası faydalı funksiyanı əldə edib...


HarmonyOS-i əldə edəcək ilk Huawei smartfonları məlum olub

Huawei hələ keçən il təsdiqləmişdi ki, onun smartfonları fərdi HarmonyOS əməliyyat sisteminə keçid e..


Android 12 Developer Preview təqdim olunub

Google şirkəti Android 12-nin tərtibatçılar üçün nəzərdə tutulmuş (Android 12 Developer Preview) ilk..


Android 12-də reallaşdırılacaq yeni funksiya məlum olub

Google şirkəti Android-in yeni versiyasını hələ təqdim etməyib. Lakin internetdə onun barəsində məlu..

×