
Xiaomi-nin 2 büdcəli smartfonu yaxın zamanda HyperOS-i əldə edəcək
Əməliyyat sistemləri
31.10.2023
Emil
Xiaomi şirkəti keçən həftə Xiaomi 14 smartfon seriyası ilə birlikdə həmçinin HyperOS adlı yeni istifadəçi interfeysini də təqdim etdi. Şirkət artıq müxtəlif smartfonlarında sözügedən yeni istifadəçi interfeysini test edir. İndi isə məlum olub ki, yaxın zamanda HyperOS-i şirkətin iki büdcəli smartfonu əldə edəcək. Söhbət, Redmi Note 12 4G və Redmi Note 12 4G NFC smartfonlarından gedir. Məlumatda qeyd edilib ki, şirkət HyperOS-i bu smartfonların müxtəlif versiyalarında (qlobal versiyalar daxil) test edir. Redmi Note 12 4G və Redmi Note 12 4G NFC smartfonlarında HyperOS-in stabil versiyasının nə zaman istifadəyə veriləcəyi barəsində məlumat yoxdur. Lakin çox güman ki, bu, 2024-cü ilin əvvəlində baş verəcək.
Paylaş