main-post-cover

    Xiaomi öz smartfonlarında Google servislərini bloklamağa başlayıb

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    03.02.2021
    Farid Pardashunas
        Xiaomi-nin MIUI stifadəçi interfeysi Android əməliyyat sistemi üzərində qurulub. Xiaomi smartfonlarının bir sıra istifadəçiləri isə yeni MIUI versiyasının quraşdırılmasından sonra ənənəvi Google servislərinin smartfonlara yazılmasında problemlər ilə qarşılaşdıqlarını bildiriblər. Xiaomi şirkəti bu məsələyə artıq rəsmi münasibət bildirib. Google servislərinin (Google Mobile Services) MIUI 12.5 yenilənməsindən sonra quraşdırılmasında yaranmış problemi Çindən olan istifadəçilər yaşayıblar.
        Belə ki, həmin istifadəçilər MIUI 12.5-in yüklənməsindən sonra Google servislərinin quraşdırılmasının mümkünsüzlüyündən xəbər veriblər. İstifadəçilər ənənəvi servisləri yükləmək istədikləri vaxtda onların smartfonlarının ekranlarında xəta bildirişi ortaya çıxır. Bir müddət sonra Xiaomi rəsmiləri bəzi Android smartfonlarda Google servislərinin bloklanmasını təsdiqləyiblər.
        Onların sözlərinə əsasən əvvəlcədən daxilində Google servisləri olmamış smartfonlarda bundan sonra Google servislərini istifadə etmək mümkün olmayacaq. Şirkət bu problemi yaşayan smartfonların siyahısını təqdim etməsə də, zərərçəkmişlər arasında Redmi K30 UltraRedmi 10X 5G smartfonlarının istifadəçiləri var. Qeyd etmək lazımdır ki, yaranmış problem hələki Çin bazarında olan smartfonlar üçün aktualdır və onların qlobal versiyalarına aid edilmir. Xiaomi bu cür addımı ABŞ hökumətinin onu qara siyahıya salmasının fonunda atıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər