Xiaomi rəsmi şəkildə MIUI 14-ü anons edib

Xiaomi rəsmi şəkildə MIUI 14-ü anons edib

Əməliyyat sistemləri
17.11.2022 PAYLAŞIM

    Xiaomi şirkəti rəsmi şəkildə MIUI 14 istifadəçi interfeysini anons edib. Yeni istifadəçi interfeysinin təqdimatından öncə isə şirkət tərtibatçıları onun loqosunu tədqim ediblər. Bundan əlavə olaraq onlar MIUI 14-ün hansı fərqləndirici özəlliklərə sahib olacağı barəsində bəzi məlumatları da veriblər. Məlumatda qeyd edilib ki, şirkət tərtibatçıları daha yaxşı optimizasiya edilmiş və daha yüngül istifadəçi interfeysini təqdim etmək istəyirlər. Görünür, loqodakı rəqəmləri yarı şəffaf etməklə şirkət istifadəçi interfeysinin yüngüllüyünü sərgiləmək istəyib. MIUI 14-ün xarici görünüşü və yeni funksiyaları barəsində heç bir məlumat verilməyib. Qeyd etmək lazımdır ki, Xiaomi Snapdragon 8 Gen 2 vasitəsilə çalışacaq ilk smartfonunun yaxın zamanda təqdim ediləcəyini artıq anons edib. Çox güman ki, söhbət, Xiaomi 13 smartfon seriyasından gedir. MIUI 14 istifadəçi interfeysi isə məhz Xiaomi 13 ilə birlikdə təqdim oluna bilər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qatlana bilən Galaxy Fold 2 smartfonu üçün Android 13-ün stabil versiyası istifa..

Samsung şirkəti daha bir qatlana bilən smartfonu üçün Android 13-ün stabil versiyasını istifadəyə ve..


Samsung Galaxy A72 üçün Android 13-ün stabil versiyasını istifadəyə verib..

Samsung şirkəti Galaxy A seriyasının daha bir smartfonu üçün Android 13-ün stabil versiyasını istifa..


Samsung Galaxy A seriyasının smartfonları üçün yeni faydalı funksiya istifadəyə ..

Samsung şirkəti Galaxy A seriyasına daxil olan bəzi smartfonlar üçün yeni OneUI 5.0 istifadəçi inter..


Qatlana bilən Galaxy Flip 5G üçün Android 13 istifadəyə verilib

Qatlana bilən Galaxy Flip 5G smartfonunun istifadəçiləri yeni OneUI 5.0 istifadəçi interfeysinə sahi..


MIUI 14-ün yeni fotoları ortaya çıxıb

Keçən həftə Xiaomi şirkəti MIUI 14 istifadəçi interfeysini anons etmişdi. İndi isə internetdə sözüge..


Samsung Galaxy A71 üçün Android 13-ü istifadəyə verib

Samsung şirkəti öz smartfonlarını Android 13-ə kimi yeniləməyə davam edir.

×