Yeni Android smartfonlara məlumatların ehtiyat kopyasının köçürülməsi daha sürətli olacaq

Yeni Android smartfonlara məlumatların ehtiyat kopyasının köçürülməsi daha sürətli olacaq

Əməliyyat sistemləri
30.11.2020 PAYLAŞIM

    iOS əməliyyat sisteminin əsas üstünlüklərindən biri də odur ki, istifadəçi bütün məlumatlar ilə ayarların ehtiyat kopyasının rahat köçürülməsi sayəsində bir cihazdan digərinə rahat keçid edə bilir. Müxtəlif smartfon istehsalçıları bu məsələni öz gücləri hesabına həll etməyə çalışsalar da Android-də bu proses heç də sadə deyil və istifadəçidən əlavə əməliyyatların yerinə yetirilməsini tələb edir. Lakin yaxın zamanda bu vəziyyət dəyişə bilər. Belə ki, XDA-Developers saytının tərtbatçıları Android Open Source Project-də (AOSP) yeni funksiya aşkar ediblər.

    Aşkar edilmiş yeni funksiya bir Android smartfondan digərinə keçid edən zaman bütün lazımi tətbiqlərin yeni smartfonda sürətli quraşdırılması üçün nəzərdə tutulub. Yeni funksiya Dex2oat kompilyatorundan istifadə edir. Bu kompilyator öz növbəsində Android Runtime mühiti tərəfindən istifadə olunan faylların optimizasiyasını reallaşdırır. Fayllar isə Google Play və digər mənbələrdən olan tətbiqlərisürətli quraşdırılması üçün optimizasiya olunurlar. Bununla belə quraşdırılma zamanı tətbiqlərin hər birinə kompilyatorun filtrlərindən biri təqdim olunacaq və həmin filtrlər prioritetli tətbiqəri əks etdirəcəklər.


    Söhbət, DEFAULT, FAST, BULK_CRITICALBULK_NON_CRITICAL filtrlərindən gedir. Bu filtrlərin təyin olunması isə bir sıra faktorlardan asılı olacaq. Məsələn, istifadəçi bu və ya digər tətbiqdən nə qədər çox və nə qədər az istifadə edib. Başqa sözlə desək, yeni Android smartfonda məlumatlar ilə ayarların ehtiyat kopyasının bərpa olunması zamanı ilk növbədə istifadəçinin ən çox istifadə etdiyi tətbiqlər quraşdırılacaq. Bu üsul ilə ikinci dərəcəli tətbiqlər fon rejimində quraşdırılan zaman istifadəçi tez bir zamanda öz yeni smartfonundan istifadə etmək imkanını əldə edəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


One UI 3.1 istifadəçi interfeysli Android 11-i hansı Samsung smartfonları əldə e..

Samsung One UI 3.1 istifadəçi interfeysi keçən həftə təqdim edilmiş Galaxy S21 seriyasının smartfonl..


İnsayderlər: Google servisləri Honor şirkətinin smartfonlarına geri dönəcəklər..

2019-cu ildə Huawei şirkəti ABŞ-ın Ticarət Nazirliyinin qara siyahısına daxil ediləndən sonra o, Goo..


Android 12-yə smartfonlardakı yaddaşa qənaət üçün faydalı funksiya əlavə edilə b..

Yaxın aylarda Android 12 əməliyyat sisteminin ilk beta versiyasının təqdim olunacağı gözlənilir...


Huawei öz brauzeri ilə servislərinin desktop versiyaları üzərində çalışır..

Keçən ay Huawei şirkətinin vitse prezidenti HMS-in (Huawei Mobile Services) nailiyyətlərindən danışm..


Rəsmi dəstəyinin dayandırılmasına baxmayaraq milyonlarla kompüter Windows 7 vasi..

Bir neçə analitik şirkət Windows əməliyyat sisteminin müxtəlif versiyalarının bazardakı paylarından ..


Huawei şirkəti HarmonyOS-i digər smartfon istehsalçılarına da təklif edəcək..

Huawei şirkəti ABŞ-ın qara siyahısına salındığı üçün o, Google servislərindən və ümumilikdə Android ..

×