Blockchain texnologiyası startapların maliyyələşmə mənbəsi kimi (ICO)

Blockchain texnologiyası startapların maliyyələşmə mənbəsi kimi (ICO)

TARİX & SAAT

2017-07-25 / 19:00-21:00

MƏKAN

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi

TƏŞKİLATÇI

Technote Event


ƏTRAFLI MƏLUMAT

Son ayların geniş müzakirə doğuran mövzusu Blockchain.

Blockchain texnologiyası ilə startaplarını ICO-ya çıxaran təşəbbüskarların kriptovalyutalar vasitəsilə iri həcmli maliyyə resursları cəlb etməsini "Orxan Əhməd"in moderatorluğu ilə 25 iyulda baş tutacaq görüşdə müzakirə edəcəyik.

Əsas müzakirə mövzuları:

- Blockchain texnologiyasından startaplar necə faydalanır?

- Qlobal startaplar milyonlarla dollar vəsaiti ICO vasitəsilə necə cəlb edir?

- Birjalarda kriptovalyutaların qiymətinin sürətli şəkildə enməsinin ICO edən startaplara təsiri

- Blockchain və kriptovalyuta alqı-satqısının fərqləri

- Blockchain Texnologiyası, Etherium və Bitcoin

Tədbirdə iştirak etmək üçün aşağıdakı formu doldurmalısınız. Yer sayı limitli olduğundan bu sahədə fəaliyyət göstərən şəxslər və əsasən bu sahəyə marağı olan startaplar görüşdə iştirak üçün dəvət alacaq.

Görüşdə iştirak etmək üçün müraciət edənlərin seçim kriteriyaları aşağıdakı kimidir:

- Blockchain sahəsində fəaliyyət və bu sahə ilə maraqlanması

- Startap sahibi olması 

Qeyd edək ki, bu sahədə alqı-satqı ilə məşğul olan və digər şirkətlərin şəbəkə marketinqini təmsil edən şəxslər görüşə dəvət olunmayacaq.

2 saat davam edəcək görüş, Xocalı pr. 2-də Demirchi Tower 18-ci mərtəbədə yerləşən "Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi"ndə təşkil olunacaq.



MÜRACİƏT ET