Tech-Tech Xanim 2 years Anniversary

Tech-Tech Xanim 2 years Anniversary

TARİX & SAAT

2017-05-07 / 12:00-14:00

MƏKAN

Badamdar Hotel

TƏŞKİLATÇI

WoWoman Azerbaijan


ƏTRAFLI MƏLUMAT

Bizim üçün hədsiz sevindirici haldır ki, doğma layihələrimizdən biri, stereotipleri sındıran TechTech Xanım artıq 2 ildir ki sizinlədir :) 

WoWoman_Tech-Tech xanım komandası olaraq biz qadınların İT sahəsində inkişaf etmələri, karyera quran zaman düzgün istiqamət seçmələri və qarşılaşdıqları problemləri tək deyil, onlarla birlikdə həll etmək üçün çalışırıq. Bu istiqamətdə xanımları maarifləndirmək, onların özlərini daha da inkişaf etdirmələri üçün müxtəlif kurslar, təlimlər və tədbirlər təşkil edirik. 

Qürur və sevinc hissi ilə bildirmək istəyirik ki, fəaliyyət müddəti ərzində 1 500-dən çox iştirakçı ilə 25-dən çox təlim, 10 uzun müddətli kurs təşkil etdik və 3 000-dən çox müraciət aldıq. 

Bu ilin uğurlarını qeyd etmək, ikinci ilimizin hesabatını vermək, yeni fəaliyyət ilinin planlarını açıqlamaq və 5 kursumuzun (Oracle Database Administration, Help Desk, Graphic Design, CCNA R&S certification, C/C++ Languages ) möhtəşəm bağlanış mərasimini təntənəli qeyd etmək üçün 7 may 2017 –ci il tarixində Badamdar otelində media nümayəndələrini, tanınmış simalar, təlimçi, dövlət qurumları və özəl sektorun təmsilçilərini bir araya gətirəcəyik. 

Tədbirin keçirlməsində bizə dəstək olan Badamdar Otelinə təşəkkürümüzü bildiririk!

Tədbirdə iştirak yalnız dəvətnamə ilədir.

Qeyd edək ki, WoWoman qadınların inkişafı üçün yaradılan, onların ən qeyri-adi, çılğın və mümkünsüz görünən arzularını həyata keçirmək üçün yol göstərən, istiqamətləndirən platformadır.


MÜRACİƏT ET