1.3 milyon Clubhouse istifadəçisinin məlumatları internetə sızdırılıb

1.3 milyon Clubhouse istifadəçisinin məlumatları internetə sızdırılıb

Kibertəhlükəsizlik
12.04.2021 PAYLAŞIM

    1.3 milyon Clubhouse istifadəçisinin məlumatları hackerlər üçün nəzərdə tutulmuş forumlardan birində ortaya çıxıb. Bu barədə CyberNews saytı xəbər verib. Ortaya çıxmış məlumatlar arasında istifadəçilərin ID-ləri, adları, fotoları, sosial şəbəkədəki ləqəbləri, sosial şəbəkə ilə sinxronlaşdırılmış Twitter Instagram hesabları, abunəçilərin sayı, abunə olunmuş istifadəçilərin sayı, Clubhouse hesablarının yaradılma tarixləri və dəvətnaməni göndərmiş istifadəçilərin adları yer alıblar. Qeyd etmək lazımdır ki, ortaya çıxmış məlumatlar bazasında yalnız Clubhouse-dakı istifadəçi hesablarının ümumi məlumatları yer alıblar.


    Həmin məlumatlar arasında kredit kartları və hüquqi sənədlər barəsində məlumatlar yoxdur. Məlumatda qeyd edilib ki, hackerlər əldə olunmuş məlumatlardan istifadə edərək fishing hücumlar reallaşdıra bilərlər. Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislər Business Insider saytına bildiriblər ki, hackerlər həmçinin sözügedən məlumatlardan istifadə edərək özlərini Clubhouse istifadəçiləri kimi təqdim edə bilərlər. Mütəxəssislər Clubhouse istifadəçilərinə öz şifrələrini dəyişməyi və iki faktorlu autentifikasiya sistemlərindən istifadə etməyi məsləhət görüblər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qualcomm-un mobil prosessorlarının modemlərində ciddi sistem boşluğu aşkar edili..

Counterpoint Research şirkətinin mütəxəssisləri Qualcomm prosessorlarının modemlərində ciddi boşluq ..


Kompüterin hackerlərdən qorunması üçün Chrome brauzerinə yeni təhlükəsizlik funk..

Google şirkəti Chrome brauzerində istifadəçi məlumatlarının təhlükəsizliklərini hardware enforced st..


Google Play-də ümumi 700.000 yüklənmə sayına sahib yeni zərərli tətbiqlər aşkar ..

Kibertəhlükəsizlik üzrə mütəxəssislər Android üçün nəzərdə tutulmuş Google Play Store platformasında..


Hackerlər oğurlanmış Apple sənədlərinə görə şirkətdən pul tələb etməkdən imtina ..

Bir neçə müddət bundan öncə hackerlərdən ibarət qruplaşma Apple şirkəti ilə əməkdaşlıq edən Quanta C..


Hackerlər Apple AirDrop-da olan sistem boşluğu sayəsində özəl məlumatları əldə e..

Hackerlər AirDrop-a qoşularaq istifadəçinin telefon nömrəsini və elektron poçt ünvanını əldə edə bil..

×