10.000 Facebook hesabını hack etmiş yeni Android troyan aşkar edilib

10.000 Facebook hesabını hack etmiş yeni Android troyan aşkar edilib

Kibertəhlükəsizlik
10.08.2021 PAYLAŞIM

    Mütəxəssislər yeni Android troyan aşkar ediblər. Aşkar edilmiş yeni troyanın əsas məqsədi Facebook istifadəçilərinin hesablarını hack edib onların vasitəsilə dezinformasiya yaymaqdır. Bu ilin mart ayından indiyənə kimi sözügedən troyan 144 ölkədən olan vətəndaşlara məxsus 10.000 Facebook hesabını hack etməyi bacarıb. Bu troyan ənənəvi şəkildə yayılıb. Söbət, Google Play Store-da və digər online mağazalarda olan saxta tətbiqlərdən gedir. Aşkar edilmiş troyan FlyTrap adını əldə edib.

    FlyTrap adlı troyanı analiz edəndən sonra mütəxəssislər belə bir nəticəyə gəliblər ki, bu troyan Facebook hesablarının hack edilməsində sosial mühəndislikdən istifadə edən troyanlar sinifinə daxildir. Məlumatda qeyd edilib ki, FlyTrap-ın operatorları Vyetnamda yerləşirlər. Google bu troyanı yaymış 9 saxta tətbiqi Google Play Store-dan artıq silib. Lakin həmin tətbiqlər kənar online mağazalarda hələ də mövcuddurlar. Şübhəli yanaşmanı tələb edən saxta tətbiqlər siyahısı aşağıdakı kimidir:


- GG Voucher (com.luxcarad.cardid)

- Vote European Football (com.gardenguides.plantingfree)

- GG Coupon Ads (com.free_coupon.gg_free_coupon)

- GG Voucher Ads (com.m_application.app_moi_6)

- GG Voucher (com.free.voucher)

- Chatfuel (com.ynsuper.chatfuel)

- Net Coupon (com.free_coupon.net_coupon)

- Net Coupon (com.movie.net_coupon)

- EURO 2021 Official (com.euro2021)

    Bu tətbiqlərin yaradıcıları istifadəçiləri Netflix Google AdWords üçün müxtəlif şifrələr və kuponlar vasitəsilə cəlb edirlər. FlyTrap troyanı elə quraşdırılıb ki, o, sistemə daxil olan kimi istifadəçinin Facebook identifikatoru, yerləşdiyi yer, elektron poçt ünvanı, IP ünvanı, cookie faylları və tokenlər kimi məlumatları oğurlayır. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


iOS tətbiqlər iPhone-nun təhlükəsizlik sistemindən yan keçərək istifadəçilər üzə..

Apple istifadəçilər üzərində casusluqla mübarizə məsələsində artıq dəfələrlə iOS-in konfidensiallıq ..


Edward Snowden istifadəçiləri məşhur ExpressVPN servisindən istifadə etməməyə ça..

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edward Snowden məşhur ExpressVPN servisinin ..


Hackerlər saxta birja vasitəsilə istifadəçilərin bitcoinlərini oğurlayırlar..

Hackerlər kriptovalyuta sahiblərinin aldadılması yolunda yeni üsullar fikirləşməkdə davam edirlər...


Whatsapp istifadəçilərinin şəxsi mesajları kənar şirkət tərəfindən oxunulur..

ProPublica adlı qeyri kommersiya təşkilatının apardığı irimiqyaslı araşdırma nəticəsində Whatsapp-ın..


Kimliyi bilinməyən hacker videokartlar üçün 'görünməyən' virus yaradıb

Keçən ayın sonunda kimliyi bilinməyən hacker kompüterlərin hack olunması üçün nəzərdə tutulmuş yeni ..


Microsoft Azure bulud servisindəki ciddi sistem boşluğundan xəbər verib

Microsoft şirkəti bildirib ki, Azure bulud servisində olmuş sistem boşluğu səbəbilə son 2 il ərzində..

×