2024-cü ilin əsas mobil təhlükələri açıqlanıb
Təhlükəsizlik
03.02.2025
Emil
Dr. Web şirkətinin kibertəhlükəsizlik mütəxəssisləri 2024-cü ildə Android əməliyyat sistemi ilə çalışan mobil cihazlarda baş vermiş virus aktivliyinin nəticələrini əks etdirən hesabatı təqdim ediblər. Onlar ən çox rast gəlinmiş təhlükələri və ən yüksək aktivliyi sərgiləmiş potensial təhlükəli tətbiqlər haqqında məlumat veriblər. Dr. Web Security Space statistikasına əsasən, 2024-cü ildə Android cihazlarında ən geniş yayılmış təhlükələrdən biri də zərərli tətbiqlər olub. Onların məlumatına əsasən bu cür tətbiqlərə qeydə alınmış yoluxma halları 74.67%-ni təşkil edib. Reklam tətbiqləri isə 10.96%-lə ikinci yeri tutub.
Üçüncü yerdə potensial təhlükəli tətbiqlər qərarlaşıb (10.55%), arzuolunmaz tətbiqlərin payı isə cəmi 3.82% olub. Hesabata əsasən, 2024-cü ildə Android üçün ən geniş yayılmış təhlükələr sırasında reklam troyanları olub. Həmçinin, dələduz tətbiqlərin, şantaj məqsədli troyanların, klikerlərin və bank troyanlarının aktivliyi artıb. Sonuncular istifadəçilərin bank hesablarına giriş üçün nəzərdə tutulmuş məlumatları oğurlamaqla yanaşı, SMS-dən təsdiq kodlarını da ələ keçirməyə başlayıblar. Ən populyar zərərli tətbiqlər aşağıdakılar olub:
- Android.FakeApp.1600 – troyan, hansı ki, parametrlərində göstərilən veb saytı açır. Ən çox onlayn kazinoları yükləmək üçün istifadə edilir.
- Android.Spy.5106 – WhatsApp-ın qeyri-rəsmi modifikasiyaları adı altında yayılmış troyan. O, bildiriş məzmununu ələ keçirir, naməlum mənbələrdən tətbiqlərin quraşdırılmasını təklif edir və uzaqdan idarə olunan dialoq pəncərələrini göstərir.
2024-cü ilin ən geniş yayılmış arzuolunmaz tətbiqi Program.FakeMoney.11 olub. O, bütün aşkar edilmiş yoluxma hallarının 52.10%-ni təşkil edib. Bu tətbiq istifadəçiyə müxtəlif tapşırıqları yerinə yetirməklə pul qazanmağı vəd edir, lakin əslində heç bir mükafat verilmir. Tool.SilentInstaller ailəsinə məxsus proqram təminatları, hansılar ki, Android tətbiqlərini cihazda quraşdırmadan işə salmaq üçün istifadə olunur, potensial təhlükəli proqramlar kateqoriyasında liderliyini qoruyublar. Onların payına bütün qeydə alınmış yoluxma hallarının 30%-dən çoxu düşüb.
Mənbə: Dr. Web
Paylaş
Bənzər xəbərlər
Proqram Təminatı
Android-də Dark Theme rejiminin imkanı genişləndirəcək
İnsayderlərin vermiş olduqları məlumata əsasən Android 16 Beta-nın test versiyasında Dark Theme rejim üçün maraqlı bir yenilik ortaya çıxıb. Hal-hazırda bütün Android tətbiqləri Dark Theme rejimini dəstəkləmir.
Təhlükəsizlik
Şimali Koreya hakerləri internetdə çoxlu sayda zərərli proqram təminatını yayıblar
Şimali Koreya hakimiyyəti ilə əlaqələndirilən Lazarus adlı haker qruplaşması, Phantom Circuit adlı genişmiqyaslı kibercinayət əməliyyatı həyata keçirib. Bu əməliyyat zamanı dünyanın müxtəlif yerlərində yüzlərlə sistem sındırılıb və məxfi məlumatlar oğurlanıb.
Təhlükəsizlik
Google keçən il Android üçün 2.36 milyon zərərli tətbiqi bloklayıb
Google, 2024-cü ildə Google Play mağazasında 2.3 milyondan çox Android tətbiqini bloklayıb. Bloklanmış tətbiqlər platformanın siyasətini pozduğuna və istifadəçilər üçün potensial təhlükəli olduğuna görə silinib.
Təhlükəsizlik
Yeni Android virus Telegram kimi maskalanaraq istifadəçi məlumatlarını oğrulayır
İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən Cyfirma adlı şirkətin mütəxəssisləri FireScam adlı yeni zərərli tətbiqi aşkar ediblər. Aşkar edilmiş bu zərərli tətbiq Android istifadəçilərinin məlumatlarının oğurlanmasına istiqamətlənib.
Təhlükəsizlik
Hakerlər Android smartfonlardan daha çox iPhone-lara hücum etməyə üstünlük verirlər
Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Lookout adlı şirkət maraqlı bir statistikanı təqdim edib. Təqdim edilmiş statistikadan məlum olub ki, Android cihazlar ilk baxışdan göründüyü kimi hakerlər arasında o qədər də məşhur deyillər.
Ən çox oxunanlar