main-post-cover

    500 milyon LinkedIn istifadəçisinin məlumatları internetə sızdırılıb

    Təhlükəsizlik
    08.04.2021
    Emil Nəcəfov
        Hackerlər üçün nəzərdə tutulmuş anonim forumda 500 milyon LinkedIn istifadəçisinin məlumatları ortaya çıxıb. LinkedIn təmsilçisi platformadan yığılmış məlumatlar bazasının mövcudluğunu təsdiqləyib. Bu barədə Business Insider saytı xəbər verib. “Hal hazırda biz bu problemi araşdırırıq. Lakin görünür, ortaya çıxmış məlumatlar bazası LinkedIn-də ictimaiyyətə açıq olan məlumatları özündə birləşdirir” - deyə LinkedIn təmsilçisi qeyd edib. Qeyd etmək lazımdır ki, LinkedIn-in fərdi məlumatlarına əsasən servis 740 milyon istifadəçi kütləsinə sahibdir. Bu isə o deməkdir ki, ortaya çıxmış məlumatlar bazası LinkedIn istifadəçilərinin 2/3 hissəsini əhatə edir.
        Ortaya çıxmış bazada LinkedIn istifadəçilərinin ID-ləri, elektron poçt ünvanları, çalışdıqları yerlər barəsində məlumatlar, cinsləri və digər sosial şəbəkə hesablarında olan istifadəçi hesablarına keçid linkləri kimi məlumatlar yer alıblar. Hackerlər öz növbələrində bu məlumatlardan istifadə edərək əməkdaşlar barəsində məlumatların köməyi ilə şirkətlərə qarşı kiberhücmular reallaşdıra bilərlər. Bu cür kiberhücumlar isə pandemiya çərçivəsində əməkdaşların evdən çalışma rejiminə keçid etmələri səbəbilə uğurlu ola bilərlər.
    Linki kopyala