533 milyon Facebook istifadəçisinin konfidensial məlumatları internetə sızdırılıb
Təhlükəsizlik
04.04.2021
Farid Pardashunas
Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Alon Gal adlı tədqiqatçı hacker forumlarından birində istifadəçi məlumatlarından ibarət baza aşkar edib. Həmin bazanı detallı şəkildə analiz edəndən sonra o, 533 milyon Facebook istifadəçisinin məlumatlarının sızdırıldığını təyin edib. Bu barədə Business Insider saytı xəbər verib. Aşkar edilmiş məlumatlar arasında istifadəçilərin telefon nömrələri, doğum tarixləri, elektron poçt ünvanları yerləşdikləri yerlər və s. kimi məlumatlar var. Qeyd etmək lazımdır ki, siyahıda həmçinin azərbaycanlı Facebook istifadəçilərinin məlumatları da yer alıblar. Belə ki, təqdim edilmiş statistikaya əsasən 99.472 nəfər azərbaycanlı Facebook istifadəçisinin məlumatları sızdırılıb.
Digər ölkələrə gəldikdə isə qeyd etmək olar ki, ABŞ-dan 32 milyon istifadəçinin, Böyük Britaniyadan 11 milyon istifadəçinin, Hindistandan isə 6 milyon istifadəçinin konfidensial məlumatları sızdırılıb. Siyahıda isə ölkələrin sayı daha çoxdur. Məlumata əsasən hackerlər istifadəçilərin konfidensial məlumatlarını Facebook-da 2019-cu ilin avqust ayına qədər olmuş sistem boşluğu vasitsilə oğurlamış ola bilərlər. Ehtimal var ki, hackerlər həmin müddətə kimi Facebook tərəfindən açıq şəkildə saxlanmış məlumatları aşkar edə biliblər. Lakin məsələ burasındadır ki, Facebook öz növbəsində istifadəçilərinə bu barədə bildiriş göndərə bilərdi. Hələ bir neçə müddət bundan öncə Facebook istifadəçi məlumatlarının sızdırılması halları ilə mübarizədə çox sərt tədbirlər görəcəyini elan etmişdi. Bu, Cambridge Analytica şirkəti ilə bağlı irimiqyaslı qalmaqal hadisəsindən sonra baş vermişdi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)